Zakir Həsənov: “...düşmən Azərbaycan Ordusunun gücünü öz üzərində hiss edəcək” - Müharibə anonsu
08:46 30.06.2018
Arxiv
497
İyunun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə hərbi qulluqçuları bir daha təbrik edən Müdafiə naziri hərbi paradda iştirak etmiş şəxsi heyətin, eləcə də döyüş texnikası və aviasiya vasitələrinin heyətlərinin hazırlığını yüksək qiymətləndirib. Nazir müxtəlif ölkələrdən bayram tədbirləri ilə əlaqədar Azərbaycana gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətlərinin yubiley mərasimlərinin təşkili, xüsusilə də hərbi paradın keçirilməsindən məmnun qaldıqlarını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov yüksək səviyyədə keçirilmiş bayram tədbirlərinin ölkəmizin hərbi qüdrətini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edib.
Cəbhədəki mövcud vəziyyətə toxunan müdafiə naziri qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Ali Baş Komandanın çıxışlarında səsləndirdiyi torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağıq fikrini vurğulayan müdafiə naziri bildirib: "Münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır. Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə, düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də Ordumuzun silahının gücünü öz üzərində hiss edəcək”.
İyulun 2-dən 6-dək cəbhə bölgəsində keçiriləcək genişmiqyaslı təlimlərə toxunan müdafiə naziri müvafiq vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Nazir qeyd edib ki, təlimlərdə əsas diqqət işğal olunmuş ərazilərin azad edilməsinin müxtəlif ssenariləri üzrə qoşunların tətbiqi və müvafiq döyüş tapşırıqlarının icrası, o cümlədən düşmənin bütün hərbi infrastrukturunun məhv edilməsi üçün nəzərdə tutulan ən müasir silah və hərbi texnikanın praktiki tətbiqinə yönəldilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi