Zelenski and içəcək – MSK onun qalibiyyətini rəsmən təsdiqlədi
11:52 30.04.2019
Arxiv
598
Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) rəsmi olaraq Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan etdi. "Sherg.az” bu barədə "RİA Novosti”yə istinadən xəbər verir.
MSK-nın rəsmi açıqlamasına görə, Zelenski 73,23 faiz səs toplayıb. Əvvəlki president Petro Poroşenkonu isə seçicilərin 24,45 faizi dəstəkləyib. MSK bülletenlərin 2,31 faizini etibarsız sayıb.
Zelenskinin andiçmə mərasimi Ali Radada keçiriləcək. Qanuna əsasən, inauqurasiya mərasimi seçkinin nəticələrinin rəsmi elan olunmasından sonra ən geci 30 gün müddətində baş tutmalıdır. Bu halda, son tarix 30 maydır. Zelenski mayın 30-dək and içməlidir.
Zelenski MSK-nın səsvermənin nəticələrinin rəsmi elanını gecikdirmədə günahlandırırdı. MSK isə yeni prezidentin ittihamlarını rədd edərək, qanuna uyğun olaraq komissiyanın səssayma prosedurlarını həyata keçirmək üçün 10 gün vaxtı olduğunu açıqlamışdı.
Qeyd edək ki, yeni president Vladimir Zelenski aprelin 21-də keçirilən ikinci tur seçkilərdə qalib gəlib.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya