Zelenski də məcburdur
10:26 30.04.2019
Arxiv
842
Ukrayna Qərbə inteqrasiya siyasətini bundan sonra da davam etdirəcək
Rusiya Prezidenti Vladimir Putin Donbasdakı münaqişənin yalnız Minsk razılaşmalarının tamamilə yerinə yetirilməsindən sonra başa çatacağını deyib. Ukraynanın yeni rəhbəri Vladimir Zelenski isə dərhal rusiyalı həmkarına cavab verib. Gənc prezident Donbasdakı problemlərin həlli üçün Rusiya ilə müzakirələrə hazır olduğunu söyləyib. O, Ukrayna ilə təhdid və təzyiq dilində danışılmaması gərəkdiyini bildirib: "Normandiya formatındakı müzakirədə Rusiyanın da gərginliyi azaltmağa hazır olduğunu göstərəcəyinə ümid edirəm. Öz tərəfimizdən Ukrayna ilə Rusiyanın birgə var olması üçün yeni şərtlərdən danışmağa hazırıq”.
Zelenski vəziyyətin həqiqi mənada normallaşmasının yalnız Donbas və Krımdakı işğalın sonlandırılması ilə baş tutacağını bildirib:
"Sözün həqiqi mənasında Ukrayna baş əyməyəcək”. Zelenskinin prezident seçilməsindən sonra maraqla izlənilən proseslərdən biri də Rusiya ilə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyidir. Əksər politoloqlara görə, siyasi təcrübəsi olmayan şoumen Zelenskinin siyasəti bütün incəliklərinə qədər bilən Putinlə müzakirəsi Kiyev üçün effektiv olmayacaq.
Tərəflərin Donbasla bağlı yanaşmasını "Şərq”ə şərh edən politoloq Rusif Məmmədsoy bildirib ki, Ukraynada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya meyilli siyasət görmək olduqca müşkül məsələdir. Çünki Ukrayna xalqı bunu qəbul etməz:
"Bu mənada Zelenskinin də əsas məqsədi məhz Rusiyanın Ukraynaya təzyiqini azaltmaq olacaq. Lakin hazırda ən çətin problem də məhz budur. Vladimir Putin ilhaq edilmiş bölgələrdə artıq rus pasportu paylanılmasını planlaşdırır. Yəni işğal faktı Rusiya tərəfindən rəsmiləşdirilməyə doğru gedir. Burada bir çox məqamlar var ki, onları nəzərdən qaçıra bilmərik. Məsələn, Krımın işğalını birmənalı olaraq qəbul etməyən Qərb, xüsusilə də ABŞ artıq əvvəlki təzyiqi göstərə bilməyəcək. Çünki Qolan təpələrinin İsrail torpağı kimi tanınması bu tip məsələlərdə öz rolunu oynayacaq”.
Analitikin sözlərinə görə, Zelenskinin siyasi təcrübəsi olmasa da, ölkədəki beyin mərkəzləri xarici siyasətdə aparıcı rol oynayır:
"Zelenski yaxşı başa düşür ki, prezident seçkilərində ona göstərilən etimadı doğrultmaq lazımdır. Bunun üçün isə mütləq şəkildə ilhaq olunmuş ərazilərlə bağlı aktiv siyasət yürütməlidir. Bəs bütün bunlar müsbət nəticə verə bilərmi? Bu, bir qədər çətin sualdır. Hətta son prezident seçkiləri zamanı heç bir namizəd bu məsələnin həllini dəqiq deyə bilmirdi.
Hesab edirəm ki, Ukrayna Qərbə inteqrasiya siyasətini bundan sonra da davam etdirəcək. Daha doğrusu, hazırkı hökumət buna məcburdur. Kiyev çalışacaq ki, Rusiya öz qarşısında yalnız Ukraynanı deyil, bir NATO ölkəsini görsün. Bu, onun gələcək taleyi üçün də mühüm əhəmiyyət kəsb edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı