Zelenskidən Putinə cavab: “Qardaşıq, amma Habillə Qabil kimi…”
12:58 13.07.2021
Arxiv
536
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev rəhbərliyi Vladimir Putinin məqaləsini oxuyub cavablandırmağı planlaşdırır.
"Adamın Ukrayna dilini bilməsi çox xoşdur".
"Sherg.az" sfera.az-a istinadən xəbər verir ki, o, bunu jurnalistlərlə "Ukrayna 30. Humanitar siyasət" konfransı çərçivəsində təşkil edilən söhbəti zamanı söyləyib.
Zelenski məqaləni ətraflı öyrənmək imkanının olmadığını, amma bəzi məqamlarla tanış olduğunu və həmin məqamları Rusiya Prezidenti ilə üz-üzə müzakirə etmək istədiyini qeyd edib.
"Ona gələcəkdə digər məqaləsində istifadə edə biləcəyi çoxlu materiallar təqdim edə bilərəm", - deyə Zelenski bildirib.
O həmçinin rus və Ukrayna xalqları arasındakı yaxınlığa dair tezisi də qiymətləndirib.
"Nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsi xatırlananda unuduluruq, amma diğər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq. Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir",- deyə Ukrayna prezidenti qeyd edib.
Bir gün əvvəl Vladimir Putin "Ruslarla ukraynalıların tarixi birliyi haqqında" adlı məqalə dərc edib. Məqalədə qeyd edib ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya