Zəlzələ elə iz buraxdı ki... Alimlər əvvələr belə şey görməmişdi

Zəlzələdən sonra dəniz yatağı iki metr yüksəlib
Yeni Zelandiyada çəkilən inanılmaz fotoları araşdıran elm adamları, əvvəl belə bir şey görmədiklərini açıqladı. "Milliyyət” xəbər verir ki, 7.8 bal gücündə baş verən zəlzələ fırtınasının vurduğu Yeni Zelandiyada çəkilən şəkillər dəniz yatağının iki metr yüksəldiyini göstərir.
Zəlzələnin episentirinə çox yaxın bir nöqtədə olan Kaikoura qəsəbəsindən ictimai mediaya əks olunan görüntüləri araşdıran alimlər, suların çəkildiyi bölgələrdə dəniz döşəməsinin iki metr yüksəldiyini və daha əvvəl belə bir hadisəyə şahid olmadıqlarını söylədi.
Söz mövzusu olan fotolar Twitterdə yüzlərlə dəfə paylaşıldı və daha sonra ingilis mediası tərəfindən xəbərə çevirildi. Foto, ölkədəki dağıntının böyüklüyünü bir başqa baxımdan ortaya qoydu.
İki adamın həyatını itirdiyi ölkədə bəzi nöqtələrdə infrastruktur haradasa tamamilə çöküb, Kaikoura kimi yerlərə uzun müddət quru yolu və ya dəmiryolu ilə nəqliyyat təmin edilə bilmədi. Qapalı qalan əhali və 1000-dən çox turist dəniz kənarından vertolyotlar və hərbi gəmilərlə azad edilə bildi.
Ölkədə yalnız iki gündə 1200-dən çox zəlzələ baş verib, daşqın və torpaq sürüşmələrinin sayı isə 100 mini keçib.