Zəvvarlarımızın ilk qrupu bu tarixdə Vətənə dönəcək
14:40 15.08.2019
Arxiv
615
“Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu avqustun 18-də Məkkədən Mədinəyə yola düşəcəklər".Bunu APA -ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, Mədinədə hər qrup 3 gün qalacaq. Bu səbəbdən avqustun 18-i Mədinəyə gedənlər avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Sonrakı qruplar da mərhələlərlə Məkkədən Mədinəyə aparılacaq. Sonuncu qrup Məkkədən avqustun 22-də çıxacaq. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq”.V.Cahangiri bildirib ki, Həcc ziyarəti zamanı bir zəvvar, 1950-ci il təvəllüdlü Bəhmən Şükürov dünyasını dəyişib: “Digər zəvvarlarımızın səhhəti normaldır. Əvvəllər ziyarət zamanı zəvvarların çoxu güclü qripə tutulurdu, bu il qripə tutulanların sayı azdır. Missiyada 5 həkimimiz var, onlar özlərilə lazım olan bütün dərman ləvazimatlarını gətiriblər”.Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial