Zirzəmilərdən böyük xoşbəxtliyə: Onlar birlikdə 61 il yaşadılar

"Bir şəkilin izi ilə" rubrikasında bu dəfə  Gülcahan Güləhmədova - Martınovanı (23 iyun 1925 – 20 yanvar 2018) təqdim edirik. Gülcahan xanım teatr və televiziya rejissoru, Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru olub. Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, professordur. Onun gözəlliyi hər kəsi valeh edib. Ömür-gün yoldaşı Sergeylə uzun bir ömür yaşayıblar. 
İlk rəqs, 18 yaşında ilk baxışdan sevgi və bir aydan sonra yaraşıqlı-leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə toy. Yeni evlilər anasının evinə sığınaraq, sonra kiçik otaqlarda və zirzəmilərdə yaşayaraq, yarıac yaşasalar da o, həmişə eyni sözü təkrar edirdi: "xoşbəxtlik". "Səkkiz ildən sonra, mənə teatrdan yataqxanada ev verdilər - iki otaqlı "xruşovka", iyirmi doqquz yarım kvadrat metr, altı mərtəbəli binanın altıncı mərtəbəsində ... Liftsiz... Biz müharibə əlili olan həyat yoldaşım ilə mənzilə girdik və üç gün oradan çıxmadıq... (Qorxurduq ki, zəbt edərlər)... Üzərimizə şinel örtərək yerdə yatırdıq... Bu xoşbəxtlik idi...". Onlar birlikdə 61 il yaşadılar "və bilirsiniz, son sözləri məndən nigaran qalması idi…”