
10 yeni metro stansiyası haralarda inşa ediləcək? -Açıqlama
Yusif Nəzərli
04:08 09.01.2025
Cəmiyyət
836
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.
Dövlət başçısı, eyni zamanda qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib. Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: “Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq”.
Ölkə başçısının müsahibəsini dəyərləndirən ekspertlər hesab edir ki, bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırıb.
Nəqliyyat eksperti Ərşad Hüseynov “Sherg.az"a açıqlamasında deyib ki, paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz (yəni qəzasız, ölüm-itimsiz) yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir.
Prezidentin 10 yeni stansiyanın harada tikiləcəyi barədə konkret yer demədiyini vurğulayan ekspert əlavə edib ki, Bakının baş planını və metropolitenin hazırkı vəziyyətini və inkişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğunu güman etmək çətin deyil:

“Düşünürəm ki, Bakı metropolitenində ən zəruri işlərdən biri Yaşıl və Qırmızı xətlərin ayrılmasıdır. Yəni "Dərnəgül" stansiyasından gələn qatarların “28 May” stansiyasına deyil, "C.Cabbarlı" stansiyasına və oradan "Xətai" stansiyasına keçməsi təmin olunmalıdır. Digər vacib məsələ isə "Dərnəgül" deposunun tikilməsidir. Yaşıl xəttin "Xətai" stansiyasından "H.Aslanov" stansiyası istiqamətinə yeni stansiyalarının və "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına tərəf yeni stansiyalarının tikilməsi və bundan sonra yaşıl xəttin dairəvi sxemi təmin edilməlidir.
Bənövşəyi xəttin mərkəzə doğru tikintisinin davam etdirilməsini də son dərəcə əhəmiyyətli məsələ hesab edirəm. C.Məmmədquluzadə küçəsindəki stansiyanın açılışından sonra ondan sonrakı stansiyaların tikintisinə başlanmalıdır və bu xəttin Xırdalan istiqamətinə uzadılması lazımdır. Bakının baş planında bu nəzərdə tutulurdu, amma plan dərc ediləndən sonra onu hazırlayanlar bunu təkzib etdilər.
Qırmızı xətt "İçərişəhər" stansiyasından Badamdar istiqamətində, "Həzi Aslanov" stansiyasından isə Zığ istiqamətinə inkişaf etdirilməlidir”.
Ə.Hüseynov həmçinin qeyd edib ki, Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmalıdır. Metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir, hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə, ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər lazımdır. Bakının baş planında proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır, yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir. Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxtda yaşamaq getdikcə daha çətin olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya