“112 zəng xidməti”nin mobil versiyasına ehtiyac var: operativ reaksiya !
Banuçiçək Kalbalıyeva
08:21 08.04.2021
Cəmiyyət
891
“Fövqəladə Hallar Nazirliyi uzun illərdir ki, bir mobil tətbiq hazırlaya bilməyib. Bir müddət öncə polisin “102 zəng xidməti”nin mobil versiyasının hazırlanmasının vacibliyindən yazmışdım. Hələlik DİN buna reaksiya verməyib”.
Bunları “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Məsələ barədə daha ətraflı “Sherg.az”a danışan O. Gündüz çatışmazlığı açıqladı:
“Ümumiyyətlə, ölkədə fərqli növ fövqəladə hallar zamanı kömək əldə etmək üçün müxtəlif dövlət qurumlarına məxsus çoxsaylı qısa nömrələr üzrə zəng xidmətləri mövcuddur: 101 (Yanğınsöndürmə), 102 (Polis), 103 (Təcili yardım), 104 (Qaz qəza xidməti), 108 (“Asan” xidmət), 113 (Təcili yardım), 112 (Fövqəladə hallar) və s. Fövqəladə Hallar Nazirliyinin Qaynar xətt xidməti - ”112 zəng xidməti”dir. Bu xidmətə ölkə ərazisindən şəhərdaxili və mobil telefonlarla, bütün növ taksofonlarla pulsuz zəng etmək olar. Yanğın, müxtəlif qəzalar, ağır yol-qəza,, xilasetmə, köməksiz vəziyyətdə qaldıqda və s. hallarda bu xidmətdən kömək istənilir.
Amma yalnız zəng etmək olar. Adətən “112” qaynar xəttinə zəng edən şəxs hadisə barədə ətraflı məlumat, məsələn, ünvan, hadisənin xarakteri və s. verməli, operatorun suallarını cavablandırmağa çalışmalıdır.
Bu isə uzun zaman alır. Məlumat verən və qəbul edən, həmçinin icraçılar üçün problemlər yaradır. Maraqlı və təəccüblüdür ki, illər öncə hazırlanması üzərində işlər aparıldığı bildirilsə də, bu xidmətin də mobil versiyası yoxdur.
Bildiyim qədər FHN bir neçə dəfə belə bir mobil xidmətin hazırlanacağı haqqında məlumat vermişdi. Geniş resurslara və İT imkanlarına malik olan bu dövlət qurumunun indiyədək belə bir mobil rəqəmsal həllin hazırlanmasına diqqət yetirməməsi qüsurlu yanaşmadır”.
Ekspert, həmçinin çıxış yolunu da göstərdi: “"112 zəng xidməti" bütün Avropa ölkələrində fövqəladə hallarda yardım üçün qəbul edilmiş vahid nömrədir. Məsələn, bu, ABŞ-da 911 xidmətidir.
Bu baxımdan da, bəlkə də, elə ilk növbədə “112 zəng xidməti”nin mobil versiyası gərək çoxdan ölkəmizdə hazır olaydı. Mobil versiya daha operativ reaksiya, məlumatın qəbulu və emalı, məlumatın multimedia formada ötürülməsi, əks əlaqə, koordinatın müəyyən edilməsi və yönləndirilməsi, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur.
Eyni zamanda, düşünürəm ki, ölkədə müxtəlif hallarda operativ kömək üçün, bütün növ təcili zəng nömrələri üzrə koordinasiya işlərinin aparılması, vahid bir nömrə xidmətinin qəbul edilməsi və bu nömrədən koordinasiyanın aparılması də doğru olardı. Əlbəttə, qısa nömrələrin texniki təminatını telekommunikasiya operatorları həyata keçirir. Bu baxımdan , fikrimcə, ölkədə elektron hökumət quruculuğu sahəsində koordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi əlaqədar dövlət qurumları ilə birgə bu məsələlərin həllinə ciddi diqqət yetirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə