“Qarabağda azərbaycanlılarla ermənilər birgə yaşayıblar”
Yusif Nəzərli
14:55 11.10.2021
Qarabağ
1751
“İndi ermənilər Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, qanunlarımıza tabe olmalıdırlar”
Sosial Tədqiqatlar Mərkəzi (STM) azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibəti öyrənmək üçün 603 respondent arasında sorğu keçirib.
Sorğu zamanı müəyyən olunub ki, əhalinin mühüm bir hissəsi (66.2 faizi) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4 faizi isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8 faiz respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür. O da məlum olub ki, ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.
Sorğunun nəticəsi haqda “Sherg.az”a danışan sabiq millət vəkili , professor və tarix elmləri doktoru Həvva Məmmədova deyib ki, əvvəllər Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayıblar:
“O yerlər bizim tarixi torpaqlarımızdır. Ermənilər Qarabağa sonradan köçürülüblər. Sovet dövründə emrənilərin Azərbaycan torpaqlarına köçürülməsi prossesi davam edib. Onlar gəldikdən sonra azərbaycanlıları öz yurd-yuvalarından didərgin salıblar. Məsələn, 1937-ci ildə “Qıtlıq var” bəhanəsi ilə, Azərbaycan türkləri dədə-baba yurdlarından köçürüldülər. Beləliklə, erməniləşdirmə siyasətinə davam etdilər. Ulu Öndər Heydər Əliyev 1982-ci ildə Azərbaycandan getdikdən sonra Qarabağdakı soydaşlarımızın sayı azalmağa başladı.Ümummilli lider orda milli kadrları işə cəlb edir, azərbaycanlıalrın sayını artırmağa çalışırdı. Lakin o getdikdən sonra Qarabağda yenidən erməni mütəxəssisləri yerləşdirdilər. Ona görə də azərbaycanlıların Qarabağda yaşadığı ən xoşbəxt günlər Heydər Əliyevin adı ilə bağlıdır. Onun gedişilə çətin və ağır zamanlar başladı, evlərimizdən, əzəli torpaqlarımızdan ayrı düşdük, 30 il həsrət çəkdik. Çox şükür ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdilər”.
H.Məmmədova onu da əlavə edib ki, ermənilər Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, qanunlarımıza tabe olmalıdırlar:
“Qarabağda yaşayan insanlar Ermənistanın köləsinə çevriliblər, onlar sərbəst deyillər, müstəqil fikir yürüdə bilmirlər. Biz də öz torpaqlarımıza qayıdıb yaşamaq istəyirik. Kim istəyirsə, qalsın. Amma bütün qanunlara əməl etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nigeriyada gəmi qəzası - Azı 50 nəfər həlak oldu
20:39 21.11.2026
Hadisə
Mübariz Əhmədoglu təcili üzr istəməlidir - Kamran Ramazanlı
20:21 21.11.2026
Cəmiyyət
Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi
19:55 21.11.2026
Dünya
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol