Müdafiə Nazirliyi MAXE olmaq istəyənlərin qəbulunu elan edib
Yusif Nəzərli
14:59 15.10.2021
Gündəm
439
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər oktyabrın 18-dən noyabrın 6-dək hərbi birliklərin, qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvanlar: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi), Qaradağ rayonu “Puta” hərbi şəhərciyi, Gəncə, Bərdə, Beyləqan və Kürdəmir şəhərlərindəki hərbi hissələr.
Müraciət etmə vaxtı: 2021-ci il oktyabrın 18-dən noyabrın 6-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region