"Vaksin millətçiliyi" ifadəsini ilk dəfə İlham Əliyev səsləndirdi"
"Vaksin millətçiliyi" ifadəsini ilk dəfə İlham Əliyev səsləndirdi"
Yusif Nəzərli
10:24 20.11.2021
Aktual
516
Musa Quliyev: "Bu da onun artıq dünya siyasətinə çox yaxşı bələd olan bir lider olduğunu göstərir"
Pandemiya dövründə dünya ölkələrinin özünə qapandığı vaxt Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi təbliğ edən ilk ölkələrdən biri olub. Qoşulmama hərəkatına sədrlik edən Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması buna göstərilə biləcək ən tutarlı nümunədir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pandemiya dövründə ölkə başçısının bu istiqamətdəki fəaliyyətini “Şərq”ə dəyərləndirərək bildirib ki, pandemiya başlayanda ən çevik reaksiya verən ölkələrdən biri də Azərbaycan olub:
“Pandemiya elan olunduqdan bir həftə sonra Prezident İlham Əliyev xüsusi sərəncam imzaladı. Nazirlər Kabinetinə tapşırıq verdi ki, pandemiya ilə mübarizə üçün müvafiq tədbirlər görülsün. Eyni zamanda bu tədbirlər həm də beynəlxalq miqyas aldı. Cənab Prezident həm Türk Şurasının Zirvə toplantılarında, həm də Qoşulmama Hərəkatının zirvə toplantılarında üç dəfə BMT-yə müraciət etdi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etdi, 30-dan çox dövlətə birbaşa özü humanitar yardım göstərdi”.
Musa Quliyev cənab Prezidentin vaksinin kəşfindən sonra bir çox dövlətlər və şirkətlərin separat danışıqlara gedərək, onun daha çox hissəsini zəngin dövlətlərin almasına şərait yaratdığını dünya ictimaiyyətinə bəyan etdiyini vurğulayıb:
“Prezident kasıb dövlətlərin vaksinlə təmin olunmaması məsələsini gündəmə gətirdi. Məhz bu məsələni də ilk dəfə dünya çapında qaldırdı. Qoşulmama Hərəkatının zirvə toplantısında, daha sonra isə BMT kürsüsündən bu məsələni səsləndirdi. Vaksin milliyətçiliyi ifadəsi də dünyada ilk dəfə İlham Əliyev tərəfindən işlədildi. Bu da onun artıq dünya siyasətinə çox yaxşı bələd olan bir lider olduğunu göstərir. Prezident 2021-ci ilin 24 sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik müzakirəsində çıxış etdi. Hətta adlarını çəkərək açıq şəkildə bir sıra ölkələri qınadı ki, siz öz ehtiyaclarınızdan dəfələrlə artıq vaksin sifariş edirsiz. Amma Afrikada, Asiyada olan bir sıra ölkələrə ümumiyyətlə vaksin çatmır. Dünyanın bir çox xəbər agentlikləri siyasi xadimləri onun bu çıxışda səsləndirdiyi fikirləri alqışladılar. Vaksin millətçiliyinə qarşı mübarizədə onun fikirləri dəstəkləndi. Hazırda da bu istiqamətdə uğurla mübarizə aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya