Gecə klublarına görə işdən çıxarılan rəisə yeni vəzifə verildi
Yusif Nəzərli
06:48 21.02.2022
Cəmiyyət
735
Ötən il avqust ayında məşhur “İnfiniti” və “Extra” gecə klublarında karantin qaydalarının pozulmasına görə işdən çıxarılan Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifəni icra edən polis polkovnik-leytenantı Farid Vəliyevə yeni vəzifə verilib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Farid Vəliyev Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, karantində gecə klublarından çəkilən və sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra DİN obyektlərdə əməliyyat keçirmişdi. Bu zaman müştərilərə qəlyan verildiyi, klubun gecə saat 12-dən sonra da işlədiyi məlum olub. Buna görə “İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
Həmin hadisəyə görə Farid Vəliyevlə birlikdə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli də vəzifəsindən azad edilmişdi. Məlumata görə, həmin vəzifəli polislər gecə klublarında karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya