Deputat AVRONEST PA-nın gündəliyində olan məsələlərdən DANIŞDI – YENİLƏNİB + VİDEO
Yusif Nəzərli
10:10 21.02.2022
Aktual
479
AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənəd müzakirə olunacaq.
İTV xəbərinə görə, bu barədə açıqlamasında AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, birinci sənəd “Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları” olacaq. Sənədin müəllifi Gürcüstan Parlamentinin üzvü Maia Bitadzedir.
Qeyd edək ki, iclasa sədrliyi AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri T.Mirkişili edəcək.
O nəzərə çatdırıb ki, ikinci sənəd, “İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetmənin təkmilləşdirilməsi” mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan Parlamentinin üzvü Mariya Karapetyandır:
“İclasda eyni zamanda cari geosiyasi kontekstdə Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları, Ukrayna sərhədlərində rus qoşunlarının cəmləşməsi mövzularında müzakirələr aparılacaq”.
Qeyd edək ki, fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri T. Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya