Tahir Mirkişili İrəvanda Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
Yusif Nəzərli
08:47 22.02.2022
Aktual
817
“Biz gələcəkdə silahlı münaqişə olmamasına çalışmalıyıq”.
APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.
Tahir Mirkişili deyib ki, o, azad olunmuş ərazilərdəki evinə baş çəkib: “Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz”.
Azərbaycanlı deputat Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını diqqətə çatdırıb.
İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan Tahir Mirkişili qeyd edib ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir: “Əgər ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti o qüvvələrə həm bu gün, həm də gələcəkdə lazımi cavab verməyə hazır olacaqlar! Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”.
Cənubi Qafqazın strateji məkan olduğunu, yolların qovşağında yerləşdiyini vurğulayan Tahir Mirkişili Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının resurslardan necə istifadə etməyi yaxşı bildiklərini söyləyib: “3+3” formatında ilk görüş Moskvada keçirilib. Növbəti iclasın Tehranda keçirilməsi planlaşdırılır. Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran daxildir. Bu format dayanıqlı sülhün, iqtisadi inkişafın təmini üçün mühüm formatdır. Əgər biz qlobal təhlükəsizlik barədə düşünsək, ilk növbədə ölkələr daxilində təhlükəsizlik təmin edilməlidir.
İkincisi, region ölkələri arasında yaxşı əlaqələr qurulmalıdır. Bunun üçün də Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Üçüncüsü, Cənubi Qafqazda ölkələr müxtəlif geopolitik seçim hüququna malikdir. Məsələn, Ermənistan bir hərbi blokun üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, Gürcüstan isə hərbi bloklara qoşulmayıb, gələcəkdə onların seçim imkanları olacaq. Bu üç ölkənin hər biri fərqli geopolitik səylər göstərir. Əgər Cənubi Qafqazda sülh istəyiriksə, düşünməliyik ki, bütün bunları gələcəkdə necə birləşdirə bilərik”.
Qeyd edək ki, komitə iclasında Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, “Hayastan” fraksiyanın üzvü Artur Xaçatryan, habelə Anna Qriqoryan Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu iddia edib, Azərbaycan və Türkiyəni ittiham ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya