Ərdoğan Afrika səfərini yarımçıq dayandıraraq Türkiyəyə qayıdır
Yusif Nəzərli
15:21 22.02.2022
Siyasət
683
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin son dayanacağı olan Qvineya-Bisau səfərini ləğv edərək ölkəsinə dönür. O, sabah keçiriləcək NATO liderlərinin onlayn toplantısında iştirak edəcək.
Rusiya-Ukrayna böhranı ilə bağlı təyyarədə jurnalistlərə açıqlama verən Ərdoğan ABŞ-ın bəyanatları və xüsusilə də Münhen Konfransındakı qəribəliklərə işarə edib.
“Fikrimcə, Münhen Konfransı onsuz da sadəcə NATO Zirvəsi olmaqdan o yana keçməyib. Biz əvvəldən gərginliyi azaltmaq üçün səmimi səylər göstərmişik.
Böhranın həlli ilə bağlı mesajlarımızı açıq şəkildə vermişik. Xarici İşlər Nazirliyinin son hadisələrlə bağlı verdiyi açıqlamada Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanıma qərarının Minsk razılaşmalarına zidd olduğu bildirilib. Bu qərarın Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğu vurğulanıb.
Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik. Biz tərəflərə yönəlik sağlam düşüncə və beynəlxalq hüquqa riayət etmə çağırışımızı bir daha təkrar edirik”, - deyə o bildirib.
Mənbə: “Haber Global”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya