Boğazları bağlamaq Ankaranın maraqlarına ziddir
Yusif Nəzərli
08:44 25.02.2022
Siyasət
882
NATO mövqeyini bildirəndən sonra Türkiyə cavabını konkretləşdirə bilər
Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ankaraya çağırış edib. Səfir Türkiyədən boğazları bağlamağı istəyib: “Türkiyə rəhbərliyinə səslənirəm. Çanaqqala boğazının bağlanmasını tələb edirik. Rusiyaya sanksiya tətbiq olunmasını istəyirik. Buradakı Rusiya səhmlərinin müsadirəsini tələb edirik”.
Ukrayna rəsmisinin tələbini “Şərq”ə dəyərləndirən politoloq Turab Rzayev indiki məqamda Türkiyənin buna gedəcəyini qeyri-mümkün hesab edir. Analitikin sözlərinə görə, ilk növbədə Qərbin Rusiyaya qarşı hansı addım atacağı bilinməlidir:
“Ən əsası isə NATO-nun mövqeyidir. Yalnız ondan sonra Türkiyə cavabını konkretləşdirə bilər. Ankaranın rəsmi mövqeyi aydındır və hesab edir ki, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi yolverilməzdir, işğaldır və buna son verilməlidir.
Amma Türkiyənin buna birbaşa müdaxiləsi, boğazları bağlaması, ölkəsindəki rus şirkətlərinin, banklarının fəaliyyətinə məhdudiyyət qoyması Rusiyaya müharibə elan etmək anlamına gələr.
Bununla Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlmiş olar. Türkiyə ABŞ və Böyük Britaniyanın qəti mövqeyindən sonra öz iradəsini ortaya qoya bilər.
Türkiyə regiondakı müharibənin milli maraqlarına uyğun olmadığını əsas gətirərək boğazlarını müvəqqəti bağlaya bilər.
Ancaq Qərbin səssiz və hərəkətsiz qaldığı bir vaxtda Ankaranın hərəkətə keçməsi Türkiyə üçün məqsədəuyğun deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə