Avropa çempionatı: Azərbaycanın titullu güləşçisi finala yüksəlib
Yusif Nəzərli
16:54 02.04.2022
İdman
688
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu finala gedən yolda gürcüstanlı rumıniyalı Mixail Bradu ilə qarşılaşıb.
Rəqibinə 3:1 hesabı ilə qalib gələn titullu idmançı adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.
60 kq-da çıxış edən Murad Məmmədov yarımfinalda türkiyəli Kerem Kamala 0:8, 67 kq-da yarışan Həsrət Cəfərov Murat Fırata 0:2, 72 kq-da yer alan Ülvi Qənizadə isə Şmaki Bolkvadzeyə (Gürcüstan) 1:4 hesabı ilə uduzaraq, finala vəsiqə şanslarını itiriblər.
Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal qarşılaşmasına çıxacaqlar. Süleyamnov Per Albin Olofssonu (İsveç), Abbasov Yohan Danielov Dimitrovu (Bolqarıstan), Kandelaki isə Dariuş Attila Viteki (Macarıstan) sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə