Aİ Azərbaycanla Ermənistana humanitar məsələlərin həllində kömək edəcək
Yusif Nəzərli
08:10 07.04.2022
Gündəm
483
Avropa İttifaqı Şurası Azərbaycanla Ermənistan arasında bütün həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruri olduğunu hesab edir.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra yaydığı bəyanatında bildirilib.
Şarl Mişel hər iki tərəfin etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün humanitar jestlərinin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
Aİ eyni şəkildə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual