QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirildi
Yusif Nəzərli
15:01 20.07.2022
Cəmiyyət
424
Media sahəsində fəaliyyət göstərən QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib.
Bu barədə QHT Agentliyi Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində media sahəsində fəaliyyət göstərən bir qrup QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib.
Son günlər media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş yayılması məqsədilə təşkil edilən görüşdə Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktor müavini Emil Çaparlı, media sahəsində fəaliyyət göstərən QHT-lər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktor müavini Emil Çaparlı tədbirin gündəliyi haqqında məlumat verib.
Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov çıxış edərək bildirib ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur. Unutmaq lazım deyil ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir.
Daha sonra çıxış edən QHT nümayəndələri keçirilən mövzunun aktuallığını xüsusi qeyd edərək fikirlərini bölüşüblər.
QHT-lər bildiriblər ki, hadisələr bizim hər birimizi narahat edir:
“Ailədaxili münasibətlər, uşaq və yeniyətmələrin vəziyyəti və rastlaşdıqları problemlər dövlətin diqqəti altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır”.
Çıxışlardan sonra mövzu qarşılıqlı diskusiya əsasında davam edib.
Tədbirin yekunu olaraq mövzu ilə bağlı bəyanat səsləndirilərək, qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət