Bakıda İsrail və İran səfirləri söz duelinə çıxdılar
Yusif Nəzərli
04:34 22.07.2022
Dünya
589
Abbas Musəvinin Corc Dikin paylaşımına münasibəti terrora çağırışdır
İranın Ali dini lideri Seyid Əli Xameneinin “Twitter”də paylaşdığı tviti sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. Xamenei öz tvitində Azərbaycanı Qarabağa nəzarəti bərpa etməsinə görə təbrik etsə də, Ermənistanla sərhədlərin dəyişdirilməsi və İran-Ermənistan sərhədlərinin blokadaya düşməsini İran İslam Respublikasının əsla qəbul etməyəcəyini vurğulayıb. Bundan sonra İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında Güneylə bağlı diqqətçəkən paylaşım edib. Səfir “Təbrizin sehrli nağılları” kitabını oxuyarkən çəkilən fotosunu bu sözlərlə paylaşıb: “Bu yaxınlarda mənə ərmağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bu günlərdə nə oxuyursunuz?”. İranın Azərbaycandakı səfiri Abbas Musəvi də İsrailin Azərbaycandakı səfirinin paylaşımına cavab verib. Musəvinin reaksiyası belə olub: “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”.
Siyasi şərhçi Elçin Mirzəbəyli “Şərq”ə bildirib ki, İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşımında İran adlı ölkənin rəsmi dairələrini narahat edə biləcək və diplomatik normaları pozan heç nə yoxdur. Ekspertin sözlərinə görə, Təbrizin Azərbaycan tarixinin və mədəniyyətinin ayrılmaz bir parçası olduğu danılmaz həqiqətdir və bu məqam İran rəsmilərinin açıqlamalarında da qeyd olunur:
“Digər tərəfdən, İsrail səfiri öz paylaşımında dövlətlərin ərazi bütövlüyündən, yaxud bu xüsusda olan hansısa iddialardan deyil, mədəniyyət və tarixdən söz açır. Harada yaşamasından asılı olmayaraq, bütün Azərbaycan türklərinin, azərbaycanlıların tarixi və mədəniyyəti birdir. Bu anlayışları beynəlxalq hüququn müstəqil subyektlərinin suveren hüquqları, sərhədləri kontekstindən dəyərləndirmək absurddur. Eynilə xəstə, ultramillətçi, gerçəkliklə uzlaşmayan, bəsit erməni təfəkkürünün təkrarıdır. Azərbaycan xalqının dili də, mədəniyyəti də, tarixi də, ədəbiyyatı da, folkloru da, o cümlədən nağılları da birdir! Və bu danılması mümkün olmayan tarixi həqiqətdir. Amma Xameneinin İranın Ermənistanla min illik sərhədlərindən danışması həqiqətdən min illərlə məsafədə dayanan bir yanaşmadır. Tarixin, həmçinin hazırda İran İslam Respublikası adlanan beynəlxalq hüququn müstəqil subyektinin tarixinin saxtalaşdırılmasıdır. Maraqlıdır, ağaye Xamenei nə üçün ermənilərin Azərbaycan Respublikasına qarşı ərazi iddialarına münasibət bildirmir. Axı o, özünü müsəlmanların bir qisminin dini lideri hesab edir. Məgər Qarabağ müsəlmanların torpaqları deyil?”.
E.Mirzəbəyli qeyd edib ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrailin Bakıdakı səfiri Corc Dikin paylaşımına münasibətdə sərgilədiyi mövqe isə terrora çağırışdır:
“Musəvi öz paylaşımında bildirir ki, “görünür, ilk xəbis sionisti də Təbrizin qeyrətli əhalisi dəfn edəcək”. Bu, konkret təhdiddir və hüquqa zidd davranışdır. Digər tərəfdən, hər iki səfirə məsləhət görərdim ki, öz mesajlarını hətta sösial şəbəkələr vasitəsilə olsa da belə, gedib öz dövlətlərinin ərazisindən paylaşsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət