Rusiyanın SSRİ-ni bərpa etmək üçün resursları yoxdur
Yusif Nəzərli
09:30 22.07.2022
Dünya
656
Ukraynada sürən müharibə Putinin siyasi fiaskosu ilə nəticələnəcək
“Rusiyanın Müdafiə naziri Sergey Şoyqu SSRİ-nin yaradılacağını qeyd etməklə Putinin planını açıq şəkildə elan etdi”. Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, bu gün Kremldə olan komandanın əsas planı Rusiyaya qonşu ölkələrin ərazisi hesabına “sovet ittifaqını” bərpa etməkdir: “Ona görə də Ukraynaya hücum edilib, Belarusla ittifaq dövləti müqaviləsi bağlanıb.
Həmçinin, Qazaxıstan şantaj edilir, Özbəkistanda Qaraqalpakstan ayağa qaldırılır. Baş verənlərə nəzər saldıqda Kremlin siyasi konsepsiyası məhz post-sovet məkanında öz təsirini bərpa etməkdir. Qərbdə də yaxşı bilirlər ki, Rusiyanın Ukraynada hərbi məqsədlərinə çatması, yeni SSRİ-nin bərpa edilməsi deməkdir. Bununla Rusiya yeni geopolitik nizamda iki qütblü dünya yaratmaq planına malikdir. Birmənalı şəkildə Şoyqunun SSRİ barədə qeydləri qonşu ölkələrin suverenliyini təhdid edir. Burada baltikyanı ölkələr də hədəf alınır. Bundan əlavə, Rusiyanın ikitərəfli müqavilələrdə səmimi olmadığı aydın göstərir”.
Ekspertə görə, Rusiyanın SSRİ-ni bərpa etmək üçün resursları yoxdur:
“Ukraynada sürən müharibə Putinin siyasi fiaskosu ilə nəticələnəcək. Müharibədən sonra Rusiya zəif və geosiyasi əhəmiyyəti olmayan statusda olacaq. Ötən əsrdə Qərb SSRİ-ni siyasi-hərbi yüksəlişi dövründə Əfqanıstan bataqlığına salaraq zəiflətdi və dağıtdı. Rusiya Putinin hakimiyyəti dövründə müəyyən qədər siyasi-hərbi yüksəliş əldə etmişdi.
Ancaq Qərb Kremli Ukrayna bataqlığına salmaqla Rusiyanı zəiflətdi. Daha doğrusu, Rusiya Ukraynaya hücum etməklə, buna əsaslar yaratdı. Rusiya Cənubi Qafqazda da kifayət qədər zəifləyir.
Məhz Prezident İlham Əliyevin Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması ilə bağlı Rusiyaya tənqidi yanaşması və dərhal Ermənistan tərəfinin ordu birləşmələrini çıxaracağını elan etməsi göstərir ki, Moskvanın mövqeləri həqiqətən zəifləyib. Azərbaycan Avropa İttifaqı ilə enerji və digər aspektlərdə əməkdaşlığı inkişaf etdirməlidir.
Qərb də Azərbaycana ciddi dəstək verir. Bundan sonra Rusiyanın Azərbaycana təzyiqləri tam neytrallaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət