
“TikTok yeniyetmələrin həyatını tamamilə məhv edəcək”
Yusif Nəzərli
13:56 25.07.2022
Cəmiyyət
915
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nə bu istiqamətdə əlində olan qanunvericilik bazasını işə salır, nə də mövcud təhlükələrlə bağlı hər hansı bir tədbir görür”
“Bu, çox ciddi bir siqnaldır. Ölkədə çox ciddi psixoloji terror yaşanır”
TikTok platforması yarandığı ilk gündən insanlarda sanki məsxərə predmetinə çevrilib. Son zamanlar isə ondan yararlananların geniş vüsət alması, eyni zamanda istifadəçilər arasında yaranan gülünc mübahisələr, davalar, qeyri-etik paylaşımlar insanlarda TikTok işlətməklə bağlı tərəddüd yaradıb. Artıq adam "mən də həmin sosial şəbəkədən yararlanıram", deməyə utanır. Sırf biədəb videoları ilə baxış və izləyici sayını artırmaq istəyən şəxslərin sayəsində. Orada hər tipdə, yaşda, psixologiyada, mədəniyyətdə insan tapmaq mümkündür. Hər cür mənzərə ilə qarşılaşma ehtimalımız olan TikTok cəmiyyətdə bir növ dağıdıcı katalizator rolunu oynayır. Təbii ki, informasiya yükü olduğunu deyib, faydalananlar, əylənmək məqsədilə istifadə edənlər də mövcuddur. Belə olduğu halda ikitərəfli fikirlər, düşüncələr haqlı olaraq, bəzən insanları TikTokdan ağıllı istifadənin mümkünlüyü barədə düşündürür.

İnternet-media eksperti Səbuhi Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanda internet media və informasiya təhlükəsizliyi ilə bağlı qanunvericilikdə müəyyən qərarlar qəbul edilib:
"Təxminən son 2-3 il əvvəl prezident İlham Əliyevin sərəncamı ilə bu qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Sadəcə ölkədə bütövlükdə internet media və informasiya təhlükəsizliyi barədə qəbul olunan qərarların icra mexanizmində ciddi boşluqlar var. Ona görə də effektiv nəticə görmürük. İnternet istifadəçiləri, xüsusilə azyaşlıların mobil qurğulara əlçatanlığı, internetə çıxış imkanları, nəzarətsizliyin olması cəmiyyətdə müəyyən mental, mənəvi, psixoloji dəyərlərlə bağlı fişinqlərin qoyulmaması ilə əlaqəlidir. Burada hər hansı məhdudiyyətdən söhbət getmir. Məsələn, düşünürəm ki, TikTok qadağan edilməlidir. Amma bu, çıxış yoludurmu?! Xeyr. Çünki sözügedən platformanı qadağan etsək, yaxın 5 ildə ən azı ondan üstün funksiyaları olan bir neçə sosial tədbirlər meydana çıxacaq. Hər birini əngəlləmək problemin həlli metodu deyil. Dünyada baş verən innovasiyalarla ayaqlaşmaq lazımdır. Bütün innovativ yenilikləri təhlil edən Beyin Mərkəzi yaradılmalıdır. Bir neçə il əvvəl də bu təklifi irəli sürdüm. Adıçəkilən mərkəz dünyada baş verən yeniliklər, yeni texnologiyalar, sosial şəbəkələr, mobil tədbirləri çevik şəkildə analiz etməlidir. Həmçinin hökumət qarşısında müəyyən ideyalar irəli sürməlidir".
Ekspert həmçinin əlavə edib ki, TikTokun ən təhlükəli tərəflərindən biri yeniyetmələrin oradan istifadəsidir:
"Yetkinlik yaşındakı insan özünün gənclik və ahıl yaşlarını təsəvvür etməyən çılğın bir yaş dövrü keçirir. 15 yaşında bir övladımızın etdiyi hərəkət bəlkə də 10 ildən sonra onun həyatını tamamilə məhv edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nə bu istiqamətdə əlində olan qanunvericilik bazasını işə salır, nə də mövcud təhlükələrlə bağlı hər hansı bir tədbir görür. Bu, çox ciddi bir siqnaldır. Ölkədə çox ciddi psixoloji terror yaşanır. Günahkar isə TikTok deyil. Sadəcə yaradılıb, işə salınan layihənin imkanlardan ölkələrin hansı formada istifadə edəcəyi artıq dövlətlərin öz üzərinə düşən məsuliyyətdir. Bütün tədbirləri, innovativ yenilikləri qadağan etməklə prosesdən çıxış yolu əldə etmirik. Nə qədər gec olsa da, innovativ yeniliklərin təhlil mərkəzi yaradılmalıdır. Eyni zamanda müəyyən inzibati cəza mexanizmləri tətbiq edilməlidir. DİN-in sosial şəbəkə istifadəçilərinə mütəmadi nəzarət etməsi də mümkün deyil. Ona görə də birmənalı cavabdeh qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət