Hərbi hissədə çəkdiyi videoları sosial şəbəkədə yayan şəxslə bağlı AÇIQLAMA
Yusif Nəzərli
11:18 01.08.2022
Cəmiyyət
546
Müdafiə Nazirliyi həqiqi hərbi xidmətə təkrarən qayıtma iddiası ilə çıxış edən vətəndaş Şahverdiyev Nemət Vəli oğlu ilə bağlı müraciətə cavab verib.
Qurumdan APA-ya verilən məlumata görə, ehtiyatda olan baş leytenant Şahverdiyev Nemət Vəli oğlu 7 avqust 2016-cı ildən 13 iyul 2020-ci ilədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub:
“Hərbi xidmətdə olduğu dövrdə Müdafiə Nazirliyinin rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq N.Şahverdiyev xidmət zamanı smartfon tipli telefondan istifadə etmiş və hərbi hissənin ərazisində hərbi texnikanı, eləcə də hərbi qulluqçuları əks etdirən foto-video görüntülər çəkərək öz şəxsi sosial şəbəkə hesablarında paylaşıb. Bununla bağlı hərbi hissə komandanlığı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, N.Şahverdiyev nizamnaməyə zidd hərəkətlərini davam etdirib.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, N.Şahverdiyev 13 iyul 2020-ci ildə ehtiyata buraxılıb.
Vətəndaş N.Şahverdiyevin Müdafiə Nazirliyinə ünvanladığı ərizələrinə baxılaraq ona rəsmi qaydada dəfələrlə cavab verilib.
Onun yenidən həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı müvafiq xüsusi yoxlama tədbirləri həyata keçirildikdən sonra N.Şahverdiyevin ordu sıralarına qayıtması məqsədəuyğun hesab edilməyib.
Bir daha bildiririk ki, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən xidmətə qəbul olunmaları qanunun tələblərinə ziddir”, - deyə Nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual