Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər başlayıb
Yusif Nəzərli
11:00 18.11.2022
Media
1182
Noyabrın 18-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlərə başlanılıb.
Bu barədə "Report"a MEDİA-dan məlumat verilib.
Bildirilib ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olmalı, jurnalist peşəsinə sadiqlik nümayiş etdirməli, müəllif hüquqlarına hörmətlə yanaşmalı, təqdim etdiyi faktları təhrif etməməlidir. O, daha sonra MEDİA Agentliyinin media nümayəndələrinin peşəkarlığının artırılması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva jurnalistlərin etik davranış qaydalarına riayət etməsinin vacibliyindən bəhs edib, belə təlimlərin ictimaiyyətə dolğun informasiya çatdırma funksiyasını ən yüksək şəkildə icra etməsi üçün media nümayəndələrinin fəaliyyətinə töhfə verəcəyini bildirib.
ADA Universitetində keçirilən təlimlərdə spiker kimi çıxış edən Tükiyənin bir çox media subyektlərində çalışmış, 4 il “The Washington Times”da köşə yazarı kimi fəaliyyət göstərmiş, 30 il xarici siyasət şərhçisi olmuş, bundan əlavə bir çox məqalələri “New York Times”, “International Herald Tribune”, “ForeignPolicy.com”, “Daily Caller”, “Daily Star”, “Middle East Times” ve “SAIS Turkey Analyst Report” kimi media subyektlərində nəşr edilmiş Tülin Daloğludur. O, “Jurnalistikada etika və müəllif hüquqları nədir?”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Yeni media və etika: internet jurnalistikasında tez-tez rast gəlinən etik pozuntular”, Medianın hazırki vəziyyəti - ictimai gözləntilər və jurnalistika prinsipləri” və s. mövzularında çıxış edəcək, interaktiv müzakirə sessiyalarında jurnalistləri maraqlandıran sualları cavablandıracaq.
Qeyd edək ki, 2 gün davam edəcək təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm