"Silk Way West Airlines" donanmasını gücləndirmək üçün "GE Aerospace" mühərrikləri sifariş edib
Yusif Nəzərli
09:05 23.11.2022
İqtisadiyyat
528
"Silk Way West Airlines" yeni sifariş olunmuş uzaq məsafəli "Boeing" təyyarələrini gücləndirmək məqsədilə "GE Aerospace" ilə ümumi sayı 16 olan "GE9X" və "GE90" mühərriklərinin alışı üçün müqavilə imzaladı. Dünyanın ən güclü modelləri olan yeni mühərriklər yanacaq sərfiyyatını azaltmaqla Azərbaycan yük aviaşirkətinin dayanıqlılıq məqsədlərinə töhfə verəcək.
"Silk Way West Airlines" bu yaxınlarda "GE9X" mühərrikləri ilə təchiz ediləcək iki "Boeing 777-8F" təyyarəsi aldığını elan etdi, həmçinin 2021-ci ilin aprelində sifariş edilən 5 "Boeing 777F" təyyarəsi üçün əlavə "GE90" mühərrikləri alacaq. Bu sifariş ümumilikdə 5 "GE9X" və 11 GE90 mühərrikindən ibarətdir və daha sonra aviadaşıyıcının yük parkının modernləşdirilməsinə töhfə verəcək.
"GE9X" tarixin ən güclü təyyarə mühərriki və "GE"-nin indiyə qədər istehsal etdiyi ən səssiz modeldir. Bu, "GE90-115B" ilə müqayisədə yanacaq sərfiyyatını 10 %-ə qədər azaldacaq və bütün "GE" kommersiya mühərrikləri kimi, "GE9X" və "GE90" da ekoloji cəhətdən dayanıqlı istənilən aviasiya yanacağı ilə işləyir. Beləliklə, yeni mühərriklər "Silk Way West Airlines"ın əməliyyat göstəricilərini artırmaqla yanaşı, həm də onun yük daşımalarının davamlılığının artırılması strategiyasını dəstəkləyəcək.
İmzalanma mərasimində "Silk Way Group"un prezidenti Zaur Axundov "GE Aerospace" ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq dedi: "Biz "GE Aerospace" ilə uzunmüddətli uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu müqavilənin imzalanması əlaqələrimizin möhkəmlənməsini əks etdirir. Bunun sayəsində "Silk Way West Airlines" ən yüksək emissiya və səs-küy standartlarına cavab verən daha səmərəli donanma ilə davamlı gələcəyə inamla irəliləyəcək. Biz inanırıq ki, bu tərəfdaşlığın genişlənməsi uzunmüddətli davamlılıq strategiyamıza cavab verməyə, həmçinin ətraf mühitlə bağlı öhdəliklərimizi yerinə yetirməyə və dəyərli müştərilərimizə göstərilən xidmətləri daim təkmilləşdirməyə kömək edəcək".
"GE Aerospace"in Kommersiya Mühərrikləri Əməliyyatları prezidenti və baş direktoru Keti MakKenzi dedi, “GE9X" mühərriki öz sinfində bənzəri olmayan performans və yanacaq səmərəliliyinin kombinasiyasını təklif edir. Biz "Silk Way West Airlines" ilə əlaqələrimizi gücləndirməkdən qürur duyuruq, çünki onlar öz donanmasını yük əməliyyatları üçün modernləşdirməyə davam edirlər”.
"Silk Way West Airlines" şirkəti haqqında
Əsası 2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə 5 yeni "777F" təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir "777-8F" yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə 2 "A350F" yük təyyarəsinin alınması alınması barədə razılığa gəlib. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
"GE Aerospace" şirkəti haqqında
"GE Aerospace" qlobal xidmət şəbəkəsinə malik kommersiya və hərbi təyyarələr üçün reaktiv mühərriklər, komponentlər və sistemlər üzrə dünyanın aparıcı təchizatçısıdır. "GE Aerospace" və onun birgə müəssisələri 39 000-dən çox kommersiya və 26 000-dən çox hərbi təyyarə mühərriki bazasına malikdir və bu biznes aviasiyanın gələcəyinin formalaşmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə