Bu universitetin tələbələri külli miqdarda narkotiklə tutuldular - VİDEO
Yusif Nəzərli
15:54 19.01.2023
Cəmiyyət
534
Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin narkotiklə saxlanılması məsələsinə münasibət bildirib.
Bununla bağlı Oxu.Az-a ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova danışıb.
“Təəssüf ki məlumatları oxuduq. Sözügedən şəxslər ATU-nun tələbələridir. Hazırda universitetlərdə qış imtahan sessiyaları ilə bağlı tələbələr olmur”.
“Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hələ ki universitetə yekun rəsmi məlumat daxil olmayıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın yekun nəticəsinə uyğun olaraq ATU rəhbərliyi həmin tələbələr barədə universitetin daxili nizam-intizam qaydalarına müvafiq tədbirlər görəcəkdir”, - G.Aslanova qeyd edib.
17:36
Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşlarının təşkil etdiyi 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan Tibb Universitetinin tələbələri olan, qeyd edilən ölkənin vətəndaşları Ata Maleki, qardaşı Pouya, həmçinin qohumu Ali Maleki və Shishen Maleki saxlanılıblar.
Onların üzərindən və birgə yaşadıqları evdən 1 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitələr, narkotiklərin satışından əldə etdikləri külli miqdarda pul vəsaiti və elektron tərəzilər aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq İran vətəndaşları ilə birlikdə narkotiklərin satışında əlbir olan Heybət Həsənov da tutularaq istintaqa təqdim edilib. Bu şəxsdən isə 2 kiloqramdan artıq marixuana və 4 ədəd çətənə kolu aşkar olunub.
İlkin sorğu zamanı dəstə üzvləri “Araz” və “Hüseyn” adlı şəxsiyyəti istintaqla araşdırılan həmvətənlərinin göstərişi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrində narkotik vasitələrin onlayn satışını, həmçinin qanunsuz dövriyyəsini təşkil etdikləri bildiriblər. Bu məqsədlə dəstə üzvləri narkoşəbəkə yaradaraq müxtəlif yalan və şirnikləndirici vədlər müqabilində əsasən gəncləri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ata, Pouya, Ali və Shishen Malekilər, eləcə də Heybət Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm