Dövlət müəssisələrində ştat şişirdilir
Yusif Nəzərli
00:20 20.01.2023
Cəmiyyət
722
Qüdrət Həsənquliyev: “Bir çox nazirliklərdə işçilər səhər işə kompüter oyunları ilə oynamağa gəlirlər”
“Dövlət strukturlarında çalışanların ixtisarına bizdə də ehtiyac var”
“Dövlət qulluqçularının əməkhaqlarının aşağı olması ilə bağlı insanlarda fikir var”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, ştatlar həddindən artıq şişirdilib: “Təkcə dövlət qulluğunda deyil, dövlət müəssisələrində ştat şişirdilir və həmin qurumlar rentabelli işləmirlər. Bir çox nazirliklərdə işçilər səhər işə kompüter oyunları ilə oynamağa gəlirlər. Yeni dövlət strukturları yaradılanda Prezidentin sərəncamında ştat vahidi göstərilir. Amma minimal hədlər qoyulmalıdır və qurum fəaliyyətə başlayandan sonra ştatın azaldılıb, artırılmasına baxılmalıdır. Dövlət Neft Fondunda 11-12 müşavir, elə o qədər müavin niyə olmalıdır? Buna bir məhdudiyyət qoyulmalıdır. Bura ayrılan vəsaitin polisin, prokurorun və ya digərlərinin maaşının artırılmasına yönəltmək olar".
Parlament üzvü vurğulayıb ki, bu məsələni Dövlət Qulluğunun İdarəetmə Şurası ilə məsləhətləşmək lazımdır: "Şavkat Mirziyoyevin sərəncamı ilə Özbəkistanın 35 faiz dövlət strukturlarında çalışanların ixtisarı nəzərdə tutulur. Bizdə də buna ehtiyac var. Say azaldılmalı, keyfiyyət və əməkhaqları artırılmalıdır. 3 nəfərdən ibarət yeni sektor yaratmağın nə mənası var ki?! Bir nümunə çəkmək istəyirəm. Naxçıvanda KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb və Naxçıvanda cəmi bir "Şərq qapısı" qəzeti fəaliyyət göstərir. İndi məlum olub ki, bu Fondun işçilərinin sayı “Şərq qapısı” qəzetinin işçilərinin sayından çoxdur. Yəni aparatın şişməsi deyəndə bunu nəzərdə tuturam”. Komitə sədri Əli Hüseynli də optimallaşmanın tərəfdarı olduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm