Vətəndaşlar kreditləri qaytara bilmir – Səbəb: maaş az, qiymət baha!
Yusif Nəzərli
10:31 24.02.2023
İqtisadiyyat
860
Yanvar ayında bankların kredit portfeli 0.4 faiz və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olub.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, kredit portfelinin strukturunun 55.2 faizini biznes kreditləri (10,845.6 mln. manat), 29.5 faizini istehlak kreditləri (5,811.9 mln. manat) və 15.3 faizini ipoteka kreditləri (3,012.2 mln. manat) təşkil edib. 2023-cü ilin yanvar ayında cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9 faiz təşkil edib.
Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8 faiz və ya 203.8 mln. manat artıb. Əmanət portfelinin 53 faizi (6,196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Rəsmi məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8 faiz təşkil edib.
Problemli kreditlərə biznes sahəsində daha çox rast gəlimdiyini deyən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Sherg.az"a vurğulayıb ki, vətəndaşların kreditləri qaytarmamasının səbəbi maaşların azlığı və qiymətlərin artmasıdır:
"Sahibkarların kreditlərində problemlərə daha çox rast gəlirik. Çünki banklar istehlak kreditləri verəndə daha ehtiyatlı davranırlar. Yəni zamin, girov və əmək haqqı barəsində arayış kimi tələblər irəli sürərək problemi həll edirlər. Amma son illərdə əsas problemlər sahibkarlardadır. Bu da Azərbaycandakı investisiya və sahibkarlığa dəstək mühitinin pisləşməsi ilə bağlıdır. Bir tərəfdən dövlət bəyan edir ki, sahibkarlığa dəstək layihələri hazırlanır və investisiya mühiti yaxşılaşır. Amma reallıqda belə deyil. Çünki Azərbaycan iqtisadiyyatı get-gedə inhisarlaşır. Bu isə orta və kiçik sahibkarların bazardan çıxmasına gətirir".
Ekspert qeyd edib ki, mülkiyyət hüququnun qorunması və qeyri-sağlam rəqabət mühiti ciddi problemlərdən biridir:
"Bunların hamısı məhkəmə-hüquq sisteminin vəziyyətinin bərbad olmasına söykənir. Belə fonda isə sahibkarlar müflisləşir və bank borclarını ödəyə bilmir. Yəni problemli kreditlər bu səbəbdən artır. Digər tərəfdən kreditlərin həcmindəki artım biznes və istehlak kreditlərinin hesabına deyil, daha çox iri dövlət infrastruktur layihələrinin kreditləşməsi ilə bağlıdır. İri dövlət şirkətləri də kredit götürür. Onların kreditləri daha çoxdur. Bu baxımdan da kreditlərin həcminim artmasının problemli kreditlərə təsir edəcəyini demək düzgün deyil. Hətta Mərkəzi Bank problemli kreditlərin həcmində azalma olduğunu deyir. Ona görə ki, reallıqda kreditlər özəl sektora və əhaliyə yox, iri dövlət layihələrinə verilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya