Maliyyə naziri: "Büdcə layihəsində bəzi korrektələrə ehtiyac yaranıb"
Yusif Sultanoğlu
07:43 01.12.2023
Gündəm
435
Azərbaycanda yeni yaradılan rayonla əlaqədar 2024-cü ilin dövlət büdcəsinin layihəsində bəzi korrektələrə ehtiyac yaranıb.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
"İlk növbədə Ağdərə rayonunun yaradılması ilə əlaqədar onun adı büdcə layihəsinin 5-ci maddəsinə əlavə ediləcək", - deyə o qeyd edib.
Bundan başqa, meliorasiyaya ayrılan vəsait 7,3 milyon manat azaldılacaq, müvafiq olaraq həmin vəsait elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakının yerli xərclərinin 2,3 milyon, Laçının yerli xərclərinin isə 100 min manat artırlması nəzərə alınacaq", - deyə nazir əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, büdcədə parlamentin və onun aparatının saxlanılması üçün ayrılan vəsait artırılıb: "Milli Məclisə ayrılan vəsaitin 252.5 min manat artırılması nəzərdən keçirilib və həllini tapıb".
Xatırladaq ki, büdcədə Milli Məclisin və onun aparatının saxlanılması üçün 50,919 milyon manat vəsait nəzərdə tutulmuşdu. Xərclər smetasının ümumi dəyərinin 75,1 %-ni əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat