İrandan ABŞ seçkilərinin nəticələrinə reaksiya: Amerika xalqı müharibəyə “yox” dedi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Prezident ilkin nəticələrə görə, ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının məğlub olduğu aralıq seçkilərinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“İstər vicdanlarının səsinə qulaq asaraq, istərsə də yaşayış xərclərinin təzyiqi altında, Amerika xalqı müharibəyə “yox” dedi. Biz də bu mesajı təsdiqləyirik”, - Qalibaf vurğulayıb.

Spiker iddia edib ki, ABŞ hökuməti öz xalqının iradəsinə xəyanət edərsə, İranın cavabı Ağ Ev üçün kabusa çevriləcək.