İsrail-Qəzza savaşı sönməyə doğru gedir-Açıqlama
09:29 01.12.2023
Aktual
682
Bir müddət sonra toqquşma ümumiyyətlə dayandırıla bilər
İsrail hakimiyyəti və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs rejiminin uzadılması barədə razılığa gəlib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Məlumatda bildirilib ki, vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda əməliyyat fasiləsi uzadılıb. Bildirilib ki, atəşkəsin müddəti vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda uzadılıb. Xatırladaq ki, Qəzzada noyabrın 24-dən müvəqqəti atəşkəs elan edilib. Noyabrın 27-si tərəflər atəşkəsi daha 2 gün müddətinə uzatmaq barədə razılığa gəliblər.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, İsrailin Qəzzada hərbi əməliyyatları uzandıqca, rəsmi Təl-Əviv üçün beynəlxalq problemlər artmağa başlayıb. Ekspert vurğulayıb ki, bu savaş dünyanın bir çox ölkələri üçün də ciddi problemlər yaradır:
"Xüsusilə də, Avropa Birliyi məkanında Yaxın Şərqdə baş verənlərdən ciddi narahatdırlar. Hər halda Avropa Birliyində İsrailin hərbi əməliyyatlarının yaxın gələcəkdə "qoca qitə"yə əlavə sosial-iqtisadi problemlər vəd etdiyini anlayırlar. Eyni zamanda Avropa ölkələrində Fələstinə dəstək aksiyaları son vaxtlar daha kütləvi xarakter almağa başlayıb. Bu isə Avropa ölkələri üçün daxili toqquşmalar və iğtişaşlar vəd edir".
E.Xalidbəyli qeyd edib ki, digər tərəfdən, Qərb siyasi iradə mərkəzləri Qəzzada mülki əhali arasında çoxlu sayda itkilərin olmasından da ciddi şəkildə narahatdır:
"Ona görə də hazırda İsrailə hərbi əməliyyatların mümkün qədər tez bir zamanda dayandırılması çağırışları ilə təzyiqlərin olduğu müşahidə edilir. Bu baxımdan hesab etmək olar ki, böyük ehtimalla yaxın vaxtlarda bu savaş nisbətən sakitləşməyə doğru yönəldiləcək. Bir müddət sonra isə savaşın ümumiyyətlə, dayandırıla biləcəyi qətiyyən istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat