Sosioloq: Abort statistikası insanın tükünü ürpədir
11:00 01.12.2023
Sosial
716
İndi təsəvvür edin, qeydə alınmadan nə qədər körpə ana bətnində qətl edilir, selektiv aborta məruz qoyulur
“Biz insanlarımıza abortların genefondumuza nə qədər ziyan vurduğunu izah edə bilmirik”
“Bu gün selektiv abortlar ölkəmizdə baş alıb gedir, lakin heç bir şey edə bilmirik".
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, selektiv abort əslində qanunla qadağandır: "Yaxşı olardı ki, axundlar da bu barədə maarifləndirmə işləri aparsınlar. İnanıram ki, aparırlar".
Selektiv abort - embrionun cinsindən asılı olaraq (bir qayda olaraq, ultrasəs müayinəsi zamanı yeni doğulmuş uşağın qız olması müəyyən edildikdə abort edilir) hamiləliyin dayandırılmasıdır. Selektiv abortlarsa demoqrafik mənzərəni mənfiyə doğru dəyişir. Qadın hamiləlikdən öncə də, hamiləlik dövründə də ictimaiyyət və millət qarşısında ciddi məsuliyyət daşıdığının fərqinə varmalıdır.
Sosioloq-jurnalist Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında böyük təəssüf hissi ilə deyib ki, biz insanlarımıza abortların genefondumuza nə qədər ziyan vurduğunu izah edə bilmirik:
“Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək. Selektiv aborta müraciət edən hər bir qadın birbaşa demoqrafik göstəricilərə zərbə vurmuş hesab olunur. Cinsi tarazlığın pozulmasına bütün sahələrdə mənfi təsirini göstərir. Biz məktəblərdə, bağçalarda, universitetlərdə də artıq bu nisbət pozulmasını hiss edirik. İstənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır.
Qeydə alınan abort statistikası insanın tükünü ürpərdir, indi təsəvvür edin, qeydə alınmadan nə qədər körpə ana bətnində qətl edilir, selektiv aborta məruz qoyulur”.
Sosioloq deyib ki, cinsi tarazlığın pozulması 2000-ci illərin əvvəllərində doğulan gənclərə evlilik zamanı da problem yaradacaq:
"Bir var evlilik çağında olan oğlanın ətrafında 15-20 qız olsun, bir də var cəmi tanıdığı 5-6 qız arasında seçim etmək məcburiyyətində qalsın. Ölkədə qız tapa bilməyən oğlan əcnəbi nikahlara üstünlük verəcək ki, bu da artıq milli genefondumuzun dəyişməsi deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat