BMT-nin saytında Beynəlxalq Novruz Günü ilə bağlı məlumat dərc edilib
14:10 21.03.2024
Gündəm
399
Birləşmiş Millətlər Təşkilatının (BMT) saytında Beynəlxalq Novruz Günü ilə bağlı məlumat dərc olunub.
“Report” xəbər verir ki, məlumatda BMT-nin Baş Assambleyasının 2010-cu ildə qəbul etdiyi qətnamə ilə bu bayramı qeyd edən bir sıra ölkələrin təşəbbüsü ilə 21 martın Beynəlxalq Novruz Günü elan edildiyi vurğulanıb.
Bildirilib ki, Novruz yazın ilk günündə və adətən martın 21-nə təsadüf edən astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə qeyd olunur. Dünyada 300 milyondan çox insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur və 3000 ildən artıqdır ki Balkanlar, Qara dəniz hövzəsi, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur.
"2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. O, nəsillər və ailələr arasında sülh, həmrəylik, habelə barışıq və mehriban qonşuluq dəyərlərini təbliğ edir, bununla da xalqlar və müxtəlif icmalar arasında mədəni müxtəlifliyi və dostluğu təşviq edir.
BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduqları "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Qətnamə yekdilliklə qəbul edilmiş, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir", - BMT-nin məlumatında bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual