Gürcüstan azərbaycanlıları əzizlərinin dəfninə gedə bilmirlər - Fazil Mustafa
12:37 04.10.2024
Gündəm
630
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir
Quru yolların bağlı qalması ən çox Gürcüstan azərbaycanlılarını çətin vəziyyətdə qoyub. Dədə-baba torpaqlarında məskunlaşmış soydaşlarımız, eləcə də doğmaları, qohum-əqrəbası orada yaşayanlar 4 ildir ki bir-birinə həsrət qalıb. Quru yollar bağlı, təyyarə bileti isə baha olduğundan çox az adam təyyarə reysi ilə Gürcüsnata getmək imkanına malikdir.
Hər iki tərəfdən insanlar nəinki doğmalarını yoluxmağa, hətta ən yaxın ailə üzvünün, valideyninin dəfninə də gedə bilmir. Toyu Bakı qonaqları olmadan keçirmək olar, amma kiminsə valdieyni, ailə üzvü rəhmətə gedirsə, dəfində iştirak etməmək ayrı dərddir. Tanınmış şəxslər bu cür qəfil hadisələrlə üzləşəndə Baş nazirədək çıxırlar. Və Baş nazirin rəsmi icazəsi ilə sərhəddin o tayına keçə bilirlər. Sadə vətəndaşlarınsa yuxarı instansiyalara çıxışı olmadığından, yəqin Allah yalvarırlar ki, valideynləri, doğmaları vəfat etməsin, ömürləri uzunsın, taki sərhədlər açılanadək. Quru sərhədlərin hələ də bağlı saxlanmasının dövlət təhlükəsizliyi baxımından vacib, gərəkli olduğu zatən aydındır. Kimsə buna etiraz etmir. Lakin hazırkı müasir texnologiyalar zamanında, düçünürük ki, bu problemi hansısa formada həll etmək də mümkündür. Məsələn, işğaldan azad edilmiş ərazilərə bu gün də portalda qeydiyyata düşməklə səfər edilir. Oxşar metodu Gürcüstana səfərlə bağlı icra etmək niyə çətin olmalıdır? Zatən vətəndaşların şəxsiyyət vəsiqələrini elektron qaydada təqdim etmək imkanları var artıq. Elektron sistem, kimliklərin müasir qaydada yoxlanması, müasir texnologuya ilə təchiz edilmiş gömrük-keçid məntəqələri olduğu halda insanların şəxsiyyətini müəyyənləşdirmək də asandır, kimin hara nə məqsədlə getdiyini də. Belə görünür ki sadəcə, bu məsələylə özünü yormağa, əlavə iş gprməyə həvəs göstərənlər yoxdur. Əziyyət çəkən, ata-anasına, bacı-qardaşına, dədə-baba ocağına həsrət qalan, nə yasda, nə toyda iştirak edə bilməyən Gürcüstan azərbaycanlılarıdır.
Gürcüstan azərbaycanlıları üçün quru sərhədlərin açılması təklifləri zaman-zaman səslənir, lakin hələ də problem həll edilmir.
“Sherg.az”a açıqlamasında millət vəkili Fazil Mustafa qeyd etdi ki, Gürcüstanla bağlı əlbəttə güzəştli şərtlər tətbiq edilməlidir:
- Çünki quru sərhədlərin bağlanmasından ən çox əziyyət çəkən Gürcüstanda yaşayan soydaşlarımız, onların ailələridir. Nə ölüsünə gedə bilirlər, nə dirisini ziyarət edə bilirlər. Çox ağır durumdur. Onlar üçün heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir. Bu ən azından oradakı soydaşlarımızla əlaqələrin intensivliyinin qorunmasına, əlaqələrin zəifləməməsinə xidmət edər. Eyni zamanda xəstələr, yaşlılar, və tələbələr üçün əngəllər, maneələr ortadan qalxmalıdır.
F.Mustafa qeyd etdi ki, Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı vətəndaşlarımızla qohumluq bağları, sosial əlaqələri nəzərə alınmalı və vətənddaşları narahat etməyəcək şəkildə gediş-gəliş təmin edilməlidir:
- Quru yolların bağlı qalması təhlükəsizlik amili ilə bağlıdır və vacibdir. Amma qohumluq əlaqələri nəzərə alınaraq müəyyən istisnalar, güzəştlər tətbiq etmək olar. Pandemiyadan artıq 4 il keçir, insanların bu illər ərzində yaranmış problemlərinin həllində faydalı nəticələr əldə etmələri, işlərinin yüngülləşməsi, sosial vəziyyətləri nəzərə alınmalıdır. İstisnalar lazımdır. Olmalıdır. Bu istiqamətdə kommunikasiyanın itirilməsinə yol vermək olmaz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə