COP: müxtəlif ölkələrdən 400-dən çox gənc Azərbaycanda toplaşacaq

COP29-un baş tutmasına 22 gün qalıb və COP öncəsi son hazırlıqlar görülür.

APA xəbər verir ki, bu barədə “Uniform Distribution and Accreditation Center”in (UDAC) açılış mərasimində COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gənclərin tədbirdə rolu və iştirakı maksimum səviyyədə olacaq. Həm bu konfransda, COP-29-dan öncə baş tutacaq Gənclər Konfransı (COY19) iolə bağlı dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən çox gənc Azərbaycanda toplaşacaq. Qeyd olunub ki, Gənclər konfransının qərarı COP29-un Katibliyinə də təqdim ediləcək ki, tədbirin yekun sənədində məhz gənclərin də rəyi nəzərə alınsın".

Lamiyə Şirinova