
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur -ANALİZ
10:29 20.12.2024
Dünya
541
“NATO Rusiya ilə müharibəyə hazırlaşır, biz isə hərbi planlaşdırma prosesində bu riskləri nəzərə alırıq. Eyni zamanda Qərbə bu cür təcrübəni sınaqdan keçirməməyi tövsiyə edirik”.
Bunu "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O əlavə edib ki, vəziyyyəti bu dərəcədə gərginləşdirməmək bütün tərəflərin maraqlarına cavab verə bilər:
“Rusiya mütəmadi olaraq birbaşa toqquşmalardan çəkinməyi nəzərdə tutan siyasi kurs həyata keçirir. Lakin bizə göndərilən siqnallardan aydın olur ki, qarşı tərəf gücümüzü sınamaq niyyətindədir. Okeanın o tayında bizimlə hesablaşırlar. Ümumilikdə deyə bilərəm ki, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bütün bu risklər müdafiə sahəsində görülən tədbirlərin hamısında nəzərə alınır. Hadisələrin istənilən məcrada inkişafından asılı olaraq ölkəmizin təhlükəsizliyi təmin olunacaq”.
Rusiya XİN müavininin sözlərinə görə, Şimali Atlantika Alyansının müəyyən etdiyi kurs tək ölkəsinə deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturasına təhdid doğurur:
“Rusiyanın uzunmüddətli perspektivdə Qərb və onun müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid törətdiyi müəyyənləşdirilib. Bu siyasəti yeritməklə NATO bütün sahələrdə üstünlük qazanmağa çalışır, sərhədlərimiz boyunca hərbi mövcudluğunu genişləndirir və təlimlər keçirir. Alyans həmçinin qoşunların sürətli cəmləşdirilməsini təmin etmək üçün logistik infrastrukturu inkişaf etdirir. Regional müdafiə planları da məhz bu səbəbdən qəbul edilib”.
Konflikt analitik Elman Vəliyev "Sherg.az"a deyib ki, Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur:

"Rusiya NATO ilə müharibə aparacaqsa, tək yolu nüvə silahından istifadə etməkdir. Çünki heç bir dövlət risk edib Rusiya ilə birlikdə müharibəyə girməz. Sadəcə bəzi dövlətlər vasitəçi olmağa çalışar. Belarus məlum məsələdir ki, Rusiyanın yanındadır. Çin, Şimali Koreya və İranı da bu siyahıya qata bilərik. Digər tərəfdən NATO bir dövlət yox, 29 ölkənin birləşdiyi alyansdır. O dövlətlər ki nüvəsi və uzaqmənzilli raketləri var. Ölkəmizə gəldikdə isə Azərbaycan xarici siyasətdə balans siyasəti yeridir. Bakı nadir siyasi xəttlərdəndir ki, həm NATO, həm də Rusiya ilə balans siyasətini qoruyur. Türkiyə də həmin nadirlərdəndir ki, NATO üzvü ola-ola Rusiya ilə normal əlaqədədir. Belə bir hal baş verərsə, Azərbaycan orta xətti əsas götürəcək. Müharibə riski mənə görə azdır. Trampın inaqurasiyasından sonra siyasi gedişat bir xeyli dəyişəcək. Ukrayna əldən çıxacaq. Qərbdə laxlamalar olacaq. Rusiya tərəfinin çıxışları həm daxili, həm də xarici auditoriya üçündür. Yəni daxili ruhlandırmaq, xarici çəkindirmək formatındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm