
Enerji tələbatının artmasının əsas səbəbi infrastruktur boşluğudur -RƏY
12:59 08.08.2025
İqtisadiyyat
481
Bakı şəhərində məskunlaşma prosesinin sürəti ilə elektrik enerjisi üzrə şəbəkə infrastrukturunun formalaşdırılması arasında uyğunluq müşahidə olunmur
Azərbaycanda 6 avqust saat 15:00-da elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub. Eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.
“AzərEnerji”dən verilən məlumata görə, bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında tempratur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.
İqtisadçı Rasi Abbasbəyli “Sherg.az”a bildirdi ki, elektrik enerjisinə olan tələbatın artması ilk növbədə hava şəraiti ilə bağlıdır:

“Havanın həddindən artıq isti keçməsi, soyuducu elektrik cihazlarına olan tələbi artırır və nəticə etibarilə istehlak göstəriciləri yüksəlir. Sonuncu dəfə bu göstərici 2017-ci ilin yay aylarında qeydə alınıb. İndi də təxminən həmin dövrdəki qədər elektrik enerjisi istehsal edilib ki, bu da birbaşa olaraq hava şəraiti ilə bağlıdır. Digər tərəfdən, mövsümi amillər də təsir göstərir. Yay aylarında aqrar sektorda canlanma müşahidə olunur. Turizm sektorunda müəyyən irəliləyişlərin baş verməsi və xüsusilə bu il Azərbaycanda daxili turizmin əhəmiyyətli dərəcədə canlanması da tələbatın yüksəlməsinə, nəticə etibarilə enerji istehlakının artmasına səbəb olub. Bu, ilk növbədə pərakəndə satış təşkilatlarının infrastruktur layihələrinin gücləndirilməsi və dəymiş ziyanın aradan qaldırılması istiqamətində yeni layihələrin icrasını zəruri edir. Nəzərə almaq lazımdır ki, məskunlaşma sürətlə genişlənməkdədir. Bakı şəhərində məskunlaşma prosesinin sürəti ilə elektrik enerjisi üzrə şəbəkə infrastrukturunun formalaşdırılması arasında uyğunluq müşahidə olunmur. Belə ki, Bakıda məskunlaşma sürətlə gedir, lakin elektrik enerjisi üzrə şəbəkə infrastrukturunun qurulması bu artıma adekvat deyil. Torpaqların işğaldan azad edilməsi, Şərqi Zəngəzur və Qarabağda infrastrukturun yenidən qurulması və bərpa edilməsi də nəzərə alınmalıdır. Bu səbəbdən, investisiyaların böyük bir qismi məhz Şərqi Zəngəzur və Qarabağa yönəldilir və bu ərazilərdə məskunlaşma sürətlə davam edir.
Eyni zamanda, elektrik enerjisi üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün iri həcmli investisiyalar əsasən Şərqi Zəngəzur və Qarabağa istiqamətləndirilir. Paytaxt və ətraf ərazilərdə isə son illərdə bu istiqamətdə fundamental investisiya layihələri icra edilməyib. 2020-ci ildən sonra Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə əsas kapital yönəldilməsinin müşahidə olunmaması fonunda məskunlaşma sürətlə davam edib. Beş il kimi kifayət qədər uzun bir müddətdə belə vəziyyətin davam etməsi, enerji istehlakının artmasının əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. Beləliklə, enerji istehlakının artmasının əsas səbəblərindən biri hava şəraiti olsa da, digər mühüm səbəb infrastrukturun düzgün təşkil edilməməsidir. Bu vəziyyət bir tərəfdən ciddi enerji itkilərinə, digər tərəfdən isə vətəndaşlar üçün lazımi səviyyədə enerji təminatının həyata keçirilməməsinə səbəb olmaqla, ümumi istehlak göstəricilərinin yüksəlməsinə gətirib çıxarır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol