
5 nəfər erməni terrorçu qaytarıldı! - BakıBrüssel görüşündəki razılaşmanın icrası addımını atdı
Yusif Nəzərli
12:18 10.09.2022
Cəmiyyət
488
Azərbaycan praktiki addımla İrəvana hərəkət etməsi üçün “pas ötürdü”
Azərbaycan daha beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutub. Qeyd olunub ki, bununla bağlı razılaşma Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən dördüncü Brüssel görüşündə əldə edilib. Görüşdə əldə olunmuş ikitərəfli anlaşmaya əsasən, 5 nəfər Ermənistan hərbçisi əsirlikdən azad edilərək sərhəddə ermənilərə verilib.

Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, Bakı bununla Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atdı:
"İrəvan razılaşmanın humanitar punktuna uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda məlumat verməlidir. Yaxud sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı addım atmalıdır. Bəs Ermənistan bunları edəcəkmi? Təcrübə müsbət cavab gözləntisini azaldır. Hərçənd, Bakı praktiki addımla İrəvana hərəkət etməsi üçün “pas ötürdü”. Bu, bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmini gücləndirdi. Paşinyan Moskva üzərindən Brüsselə qarşı manevrlər etdiyi vaxt dövlət başçısı İlham Əliyev Şarl Mişelin bir addım önə çıxmasına şərait yaratdı. Bununla ruslara da “alternativ masada praktiki irəliləyişlər mümkündür” mesajını vermiş olduq. Bu, Putinin Paşinyanla görüşündən sonra erməni maraqlarının önə çıxması riskinə qarşı gediş hesab edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol