7 uşaq 70 nəvə sahibi: 104 yaşlı Mustafa baba gənclərə meydan oxuyur
15:58 11.08.2019
Cəmiyyət
977
Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsində yaşayan 104 yaşlı Mustafa Boğaz çalışqanlığıyla gənclərə meydan oxuyur. 7 uşaq 70 nəvə sahibi olan Mustafa baba odun yarır, ot daşıyır, tarla işləri ilə bərabər hər işini özü görür.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mustafa baba jurnalistlərə verdiyi açıqlamada gümrah qalmasının sirrini arı kimi çalışmağında, qatıq və bal yeməklərində görür.
Təbii və sağlam qidanın əhəmiyyətinə toxunan Boğaz, hər gün bir qaşıq balla süd içdiyini, kərəyağı və süd məhsullarından bol istifadə etdiyini dilə gətirib.
Gənclik illərində bağçılıq və tarla işlərində çalışdığını ifadə edən Boğaz, "Tarlamızı, bağımızı biçərdik və hər gün işləyərdik. Qidama diqqət yetirirəm, hər gün bal yeyirəm. Kərəyağı, süd məhsulları ilə qidalanıram. Sağlam olmağımın ən əhəmiyyətli faktorları təbii ki, bunlardır" deyir.
Səhər oyanan kimi tarlaya gedərək çalışdığını, odun kəsdiyini, ot yığdığını bildirən Boğaz, "Allaha şükkür 104 yaşıma gəldim, namazımı qılıram, orucumu tuturam. Hətta mənə "oruc filan tutma, dözə bilməzsən" dedilər, amma mən orucumu da tuturam, namazımı da qılıram" deyə sözlərinə əlavə edib.
Mustafa babanın gəlini Fatma Boğaz da qayınatasının 104 yaşında olmasına baxmayaraq öz ehtiyaclarını özü gördüyünü söyləyir:
"Səhərlər naharda süd, qatıq, bal yeyir, özünə də yaxşı baxır. Bizimlə birlikdə oyanır. Səhər qalxar-qalxmaz məscidə gedər, daha sonra tarlaları gəzər və görüləcək işlər varsa onu görər. Bəzən bizim görəcəyimiz işləri belə özü edir".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region