Ağ rəngli "qara ölüm" - İranlı Bakıda öldürücü maddələrdən qənd hazırlayır
Turan
08:16 29.10.2019
Cəmiyyət
1146
Gəlir əldə etmək üçün insan həyatını təhlükəyə atan müəssisələr var. Ötən gün ARB-nin yayımladığı süjetdən aydın olub ki, qənnadı məmulatları istehsal edən bir sıra şirkətlər qəndin ağardılması məqsədi ilə insan orqanizmi üçün ciddi təhlükə yaradan kimyəvi maddələrdən istifadə edirlər. Televiziya kanalının məlumatına görə, belə müəssisələrdən biri Binəqədi rayonunda yerləşir.
Həmin müəssisənin sahibi isə İran vətəndaşıdır. Şirkətin Əhməd Rəcəbli küçəsi, 53 ünvanında yerləşən anbarına baxış zamanı qida məhsullarında istifadəsi qadağan olunmuş 79 kiloqram toz halında ağardıcı kimyəvi maddə aşkar olunub. Məsələ ondadır ki, istehlakçıların daha çox bəyaz qəndə üstünlük verməsi işbazlar üçün bir fürsətə çevrilib. Fürsəti əldən verməyən bəzi şirkətlər öldürücü kimyəvi maddələrlə istehsal etdikləri “ağ” qəndləri insanlara satırlar.
İlk baxışda ağlığı cəlbedici görünən bu cür məhsullar əslində orqanizm üçün çox fəsadlar törədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyevanın sözlərinə görə, məsələnin ciddiliyini nəzərə alaraq, aidiyyəti qurumlara məlumat verilib: “Korrupsiyaya qarşı mübarizə idarəsi və AQTA-nın əməkdaşları tərəfindən məhkəmə qərarı ilə müxtəlif istiqamətlərdə genişmiqyaslı əməliyyat tədbirləri başladılıb. Baxış zamanı bəzi müəssisələrdə natrium-ditionitin istifadə olunduğu aşkarlanıb. Bəlli olub ki, bu maddələr qəndlərin ağardılmasında istifadə edilir”.
Əhalinin narahatlığına səbəb olan məsələni “Şərq”ə dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, il yarım bundan qabaq sözügedən problemlə bağlı müvafiq qurumlara xəbərdarlıq edib.
AİB rəhbərinin sözlərinə görə, 19 yerli qənd istehsalçılarının məhsullarının ekspertizası xoşagəlməz nəticə ilə başa çatıb: “Araşdırma nəticəsində bəlli oldu ki, 80 faiz müəssisədə kəllə qənd hazırlamaq üçün “mərkəzdənqaçma” qüvvəsinə əsaslanan “sentrafuqa” qurğularından istifadə olunmur. Həmin müəssisələr kimyəvi maddələrdən yararlanırlar. Biz bununla bağlı dövlət orqanlarına müraciətlər etdik və ictimai rəy yaratdıq. Lakin qənd hazırlayan zavodlar yenə də öz işlərini davam etdirdilər. Bilirsiz ki, sarı rəngli şəkər tozundan qənd hazırlamağın və onun ağartmağın iki yolu var. Birinci üsul “sentrafuqa” qurğuları vasitəsi ilə, yəni sürətli fırlanma prosesi hesabına qəndin sarı ləkədən təmizlənməsidir. Məsələ ondadır ki, “sentrafuqa” aparatları çox bahadır. Buna görə də bəzi müəssisələr, kiçik qənd sexləri daha ucuz başa gələn kimyəvi maddələrə üstünlük verirlər. Bu da insan sağlamlığı üçün zərərlidir”.
E.Hüseynov bildirib ki, qənd istehsal edən müəssisələrdə ciddi araşdırmalar aparılmalı və “sentrafuqa” aparatı olmayanlar məsuliyyətə cəlb olunmalıdır:
“Çox güman ki, bu işlə təkcə İran vətəndaşı yox, yerli sexlərimizdən bəziləri də məşğul olurlar. Ona görə də AQTA daha qətiyyətli addım atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya