Ailədəki gərginlik daha çox qız uşaqlarına təsir edir
Yusif Nəzərli
07:59 14.01.2022
Cəmiyyət
972
Onlar da çıxış yolunu xəbərsiz evdən getməkdə görürlər
Mehriban Zeynalova: "Elə qızlardan biri sığınacağımdadır. Ailə münasibətləri normal deyil. Ana və atanın alkoqol asılılığı var. Ayrılıblar, qıza qarşı zorakılıq olub"
Paytaxtda gənc qız itkin düşüb. Hadisə 11 yanvar Bakının Sabunçu rayonu Maştağa-Nardaran massivi, Qayaüstü adlanan ərazisində qeydə alınıb.
Həmin gün 2005-ci il təvəllüdlü Xədicə Ağayeva səhər saat 8 radələrində yaşadığı evdən çıxıb. Bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ümumiyyətlə, son zamanlar itkin düşmə hallarının sayında artım müşahidə olunur. Cəmiyyətdə isə belə bir fikir formalaşıb ki, daha çox qız uşaqları xəbərsiz yoxa çıxır. Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı iddialara münasibətində bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi müşahidə edilmir:
DİN diqqətə çatdırıb ki, itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərinin xəbəri olmadan yaxın qohumlarının, tanışlarının yanına gedənlər çoxluq təşkil edir:
"Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Sosial şəbəkələrdə xəbərsiz itkin düşmə halları ilə bağlı yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır. Xüsusən valideynlər diqqətli olmalıdır. “Övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib, arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir. Azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr mövcuddur. Məhz bu amil diqqətə alınmalıdır".
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq" ə açıqlamasında bildirib ki, son vaxtlar ailədə qız uşaqlarına münasibətdə dözümsüzlük olur:
"Ailə münasibətlərindəki gərginliklər qız uşaqlarına mənfi təsir göstərir. Ailənin onu dərk etmədiyini, anlamadığını, dəstək vermədiyini, bəzən ayrıseçkilik etdiyini əsas gətirirlər. Çıxış yolunu evdən getməkdə görürlər. Daha çox 15-16, bəzi hallarda 13-14 yaş arası qızlar xəbərsiz evdən çıxmağa cəhd edirlər. Məsələn, elə qızlardan biri sığınacağımdadır. Ailə münasibətləri normal deyil. Ana və atanın alkoqol asılılığı var. Ayrılıblar, qıza qarşı zorakılıq olub. Nəticədə o, evi tərk edib. Müraciət edənləri bizim sığınacağa yalnız polis əməkdaşları qiymətləndirmə apardıqdan sonra yerləşdirməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat