AMEA-da təcili müşavirə keçirildi: Kərim Şükürovun istefası qəbul olunmadı
Yusif Nəzərli
11:19 21.01.2022
Cəmiyyət
493
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq akademiyadan bildirilib.
Qeyd olunub ki, K.Şükürov bu gün günorta saatlarında vəzifəsindən istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib.
Bildirilib ki, müşavirədə məsələ müzakirə edilib və K.Şükürovun istefa ərizəsi qəbul olunmayıb. Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib.
“Müşavirədə qərara alınıb ki, professor Kərim Şükürov Tarix İnstitutunun baş direktoru vəzifəsində fəaliyyətini davam etdirsin və mövcud nöqsanları özü aradan qaldırsın”, - AMEA-dan bildirilib.
Amma buna baxmayaraq, K.Şükürov bu gün işə çıxmayıb və AMEA rəhbərliyi tərəfindən hələlik onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, R.Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid edib. O, Tarix İnstitutunda qeyri-sağlam iş mühitinin hökm sürdüyü, elmi mühitin sıradan çıxdığı iddiası ilə çıxış edib və institut rəhbərliyinə xəbərdarlıq ünvanlayıb.
K.Şükürov isə yanvarın 20-də R.Mehdiyevin səsləndirdiyi fikirlərə münasibət bildirib. O, R.Mehdiyevi məişət səviyyəli intriqalar ilə məşğul olmaqda və onu akademiyanın gündəliyinə çevirməkdə ittiham edib.
Tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat