AMEA-da tualet qalmaqalı: Ramiz Mehdiyev məsələni xüsusi nəzarətə götürdü
Yusif Nəzərli
11:05 28.01.2022
Cəmiyyət
644
“AMEA-nın Coğrafiya İnstitutuna məxsus otaqlarda su və sanitar qovşaq yoxdur”.
“Report” xəbər verir ki, bunu AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov ŞAR-ın Bakı şəhər bölməsinin problemlərindən danışarkən deyib.
Onun sözlərinə görə, indiyədək Rəsədxananın həlli çox vacib olan infrastruktur problemi - onun Bakı şəhər bölməsinin (institutunun) bu vaxta qədər normal təşkil olunmamasıdır:
“Rəsədxana yaradıldığı vaxtdan (1959) onun Bakı şəhər bölməsi də təsis edilib və hazırda da mövcuddur. Lakin təəssüf ki, bölmənin stabil binası (iş yeri) heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər təşkilati problemlərlə üzləşib”.
N.İsmayılov bildirib ki, hazırda Bakıda şəhər bölməsi kimi iş yerləri AMEA-nın əsas binasında (H.Cavid prospekti), qüllələrdən birində - Coğrafiya İnstitutuna məxsus olan, 10-11-ci mərtəbələrdə yerləşən, texniki məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda uyğunlaşdırılıb:
“Həmin otaqlarda normal iş şəraiti olmadığından (su və sanitar qovşağın olmaması, qış aylarında çox soyuq, yayda isə çox isti olması, hər otaqda 10-dan çox əməkdaşın yerləşməsi) elmi, elmi-təşkilati, təhsil və digər fəaliyyət üçün şərait yoxdur”.
Professor vurğulayıb ki, ayrı-ayrı vaxtlarda AMEA rəhbərliyinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb:
“Son vaxtlar problemin həll edilməsi üçün AMEA prezidenti, akademik Ramiz Mehdiyevə də müraciət edilib. Ramiz müəllim bu məsələnin nə qədər vacib olduğunu düzgün dəyərləndirərək onun həlli istiqamətində xüsusi göstəriş verib. Çox ümid edirik ki, onun göstərişi ilə bu məsələ nəhayət ki, yaxın vaxtlarda öz həllini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat