
AQTA-dan MONİTORİNQ! – 12 bağçada nöqsan:“ Nəzarət güclənsin”
Yusif Nəzərli
12:49 10.06.2022
Cəmiyyət
868
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir həftə ərzində uşaq bağçalarında monitorinq keçirib. 12 bağçada ümumilikdə 97 nöqsan aşkarlanıb. Proses mayın 31-dən iyunun 3-dək müddətdə aparılıb. Çatışmazlıq müəyyən edilən bağçaların hər biri ilə bağlı inzibati tədbir görülüb.

Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az"a açıqlamasında bildirib ki, qida sektorunda digərləri ilə müqayisədə uşaq və pəhriz məqsədilə hazırlanan qida məhsullarına diqqət və tələblər daha yüksəkdir:
"Hər şeydən əvvəl uşaq orqanizmi daim formalaşdığı üçün inkişafı intensivləşdirən, sürətləndirən qida inqridiyentləri ilə zəngin olan məhsullardan istifadə önəmlidir. Məhz buna görə də sənədlərdə uşaq ərzağı məhsullarına irəli sürülən tələblər xüsusilə vacibdir. Sulfidləşdirilmiş, yaxud da kimyəvi vasitələrlə emal edilib, saxlanılmış məhsullardan, uşaq yaxud pəhriz ərzağında istifadə olunmur.
Buna görə də əksər texnoloji sxemdə, uşaqların qidalanması üçün nəzərdə tutulan, təzə yığılmış meyvə və giləmeyvələrdən məhsullar istehsal edilir. Yaxud da ət, süd məhsulları da daxil olmaqla tədarükdən sonra qısa müddət saxlanılan xammallardan uşaq ərzağı istehsalında faydalanırlar. Hazırda cəmiyyətin sivil inkişafı, valideynlərin işləmə ehtiyacı uşaqların bağçalarda qalmasına vaciblik doğurur. Bu baxımdan da ana-atalar övladlarını dövlət və ya özəl bağçalara etibar edirlər".
Ekspert vurğulayıb ki, AQTA-nın monitorinqi agentlik əməkdaşlarının vəzifə borcudur:
"Bu məsələlərə nəzarət edilməsini dövlət başçısı AQTA-ya həvalə edib. Hətta agentliyin yoxlamalarının daha intensiv keçirilməsi arzuolunandır. Nəinki bağçalarda, bütün qida sənayesi müəssisələrində işin icrasına baxılmalıdır. İstehsal olunan məhsulların bağçalarda necə dəyərləndirildiyi ilə bağlı nəticələrə baxılır. Monitorinqlər zamanı əsasən, mətbəxlərdə problemlər olur.
Orada çalışan əməkdaşlar mütəxəssis olmalıdır. Yəni iaşə təhsili olan şəxslər mətbəxlərdə fəaliyyət göstərməlidir. Körpələr evi, uşaq bağçaları, qida sektorunda işləyənlər hər biri ən azı 6 aydan bir həkim müayinəsindən keçməlidir.
Hərtərəfli tibbi yoxlamadan keçən yoxdursa, bu, olduqca acınacaqlı bir vəziyyətdir.
İstiqamət üzrə AQTA-ya mütəxəssis olaraq, yardım göstərməyə məmnuniyyətlə hər zaman hazıram. Agentliyin addımını yüksək qiymətləndirirəm. Nəzarət işlərinin vaxtlı-vaxtında, davamlı aparılmasını tövsiyə edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media