“Avtobuslarda sosial məsafənin saxlanılması önəmlidir, təəssüf ki...”
Şəymən Bayramova
12:36 06.05.2020
Cəmiyyət
1099
"...Sərnişinlər bu məsələyə könüllü şəkildə riayət etmirlər"
Dünyada koronavirus pandemiyasına yoluxma halı tədricən azalmaqdadır. Artıq müxtəlif ölkələr sərt karantin rejiminin yumşaldılması istiqamətində
addımlar atır. Yumşalma prosesi Azərbaycanda da həyata keçirilir: müəyyən sektorlarda iş yerləri açılır, bəzi xidmət sektorları və iaşə obyektləri fəaliyyətini bərpa edir, rayonlararası gediş-gəliş tədricən bərpa olunur.
Vətəndaşların bir qisminin evdən çıxmasına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması isə ictimai nəqliyyatda sərnişin sayının artması deməkdir. Bu da istər-istəməz sosial məsafə qaydalarının pozulmasına səbəb olar bilər. Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli isə məsələ ilə bağlı açıqlamasında deyib ki, ictimai nəqliyyatda tibbi maska taxmaq zəruridir və tələb olunur. Bu məsələnin cərimələnmə mexanizmi ilə bağlı Operativ Qərargah yaxın günlərdə açıqlama verəcək.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki, müəyyən məsafə saxlamaq şərtilə avtobuslarda eyni vaxtda 30-40 nəfər sərişin daşınmasına icazə vermək olar:
"Pandemiya dövrü ilə bağlı sərnişinlərin ictimai nəqliyyatda davranış qaydaları xüsusi həssaslıq tələb edir. İctimai nəqliyyat insanların çox ünsiyyətdə olduğu, çox toplaşdığı yerlərdən biri sayılır. Odur ki, bu dövrdə avtobuslarda sosial məsafənin saxlanılması çox önəmlidir. Təəssüf ki, sərnişinlər bu məsələyə könüllü şəkildə riayət etmirlər.
Aydın məsələdir ki, bu gün bizdə avtobus sayı azdır. Azərbaycanda təqribən 2 min civarında avtobus var və indiki şəraitdə bundan artıq avtobus gətirmək mümkün deyil.
Həm "Bakubus” MMC, həm də digər daşıyıcı şirkətlər bu avtobuslarla sərnişindaşımanı maksimum şəkildə həyata keçirməyə çalışırlar. Sosial məsafənin qorunması məqsədilə avtobuslarda sərnişinlərin yalnız oturacaqlarda əyləşməsinə icazə verilir. Amma ara məsafəsini qorumaq şərtilə avtobusda ayaq üstə də sərnişin daşımaq mümkündür.
Məsələn, oturacaqlardan əlavə, əlillər üçün nəzərdə tutulan yer, avtobusun salonunun orta hissəsi də boş olur ki, bunlardan da istifadə etmək olar. Sıx təmasa səbəb olmadan, arada təqribən 1 metrlik məsafə saxlamaqla bunu etmək mümkündür. Əksər iş yerləri açılıb və metronun bağlı olması vəziyyəti çətinləşdirir. Bu baxımdan sərnişinlərin yolda qalmaması üçün qeyd etdiyim məsələləri nəzərə almaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol