Azərbaycan dilinin qalmaqallı “Orfoqrafiya lüğəti” yenidən nəşr olunacaq
Yusif Nəzərli
08:01 21.01.2022
Cəmiyyət
466
“Azərbaycan dilinin Orfoqrafiya lüğəti bu il yenidən nəşr olunacaq”.
Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub:
“Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq”.
Qeyd edək ki, Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.
Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat