Azərbaycan hərbi təlimlərinin sayını artırıb - Ermənistan əndişədədir
!
Turan
08:31 07.05.2020
Cəmiyyət
809
Diplomatik müstəvidə bir çox vacib məsələləri öz lehimizə dəyişə bilmişik. Ona görə də bu durumdan maksimum yararlanmaq lazımdır
Azərbaycan Silahlı Qüvvələri son aylar ərzində mütəmadi hərbi təlimlər keçirir. Təlimlərin əksəriyyəti də düşmənlə təmas xəttinə yaxın ərazilərdə reallaşdırılır. Siyasi şərhçilərə görə, cəbhə xəttinə yaxın məsafələrdə keçirilən hərbi təlimlər Ermənistan üçün ciddi mesajdır. Həqiqətən də düşmən ölkə təlimlərdən narahat olduğunu gizlətmir və atdığı addımlarla, rəsmilərin bəyanatları ilə hərbi təlimlərdən qorxduğunu büruzə verir. Müdafiə naziri David Tonoyanın işğal olunmuş ərazilərə səfər edərək hərbi hissələrə baş çəkməsi də düşmənin təşvişə düşməsinin göstəricisi sayılır.
Təlimlərin düşmən tərəfdə yaratdığı rezonansı “Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan tərəfindən cəbhə xəttindəki mütəmadi təlimlərinin Ermənistanı qorxutması təbii haldır.
Lakin analitikin fikrincə, İrəvanın təşvişə düşməsinin digər səbəbi isə Rusiya XİN rəhbəri Sergey Lavrovun münaqişənin həlli ilə bağlı bəyanatından sonra Azərbaycan tərəfinin təlimlərin sayını artırmasıdır: “Danışıqlarda faktiki ciddi nəticə yoxdur. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan mərhələli və paket həll variantı üzərində dayanmağa çalışsa da, erməni tərəfi mövcud hərbi qarşıdurmadan çəkinir.
İrəvan hökuməti Azərbaycanın hərbi təzyiqləri fonunda Moskvanın neytral qala biləcəyindən narahatdır. Ermənistan rəhbərliyi Qarabağdakı yeni separatçı rəhbərliyi nəzarət altına alsa da, danışıqlar prosesində praqmatik həll variantlarına gedəcək siyasi iradəyə malik deyil.
Çünki Rusiya hazırda sabiq DTK sədri Vanestsyanın başçılığı altında Paşinyana qarşı yeni siyasi cəbhə formalaşdırır. Vanetsyan Paşinyana qarşı Qarabağ kartından istifadə edərək, onu Qarabağı satmaqda günahlandırır”.
M.Əsədullazadə vurğulayıb ki, Ermənistan daxilində siyasi situasiya mürəkkəbdir: “Paşinyan üçün çox mürəkkəb və çətin dönəm başlayır. Ölkə daxilində pandemiyanın vurduğu iqtisadi zərbələr bu ölkədə sosial vəziyyətin daha da ağırlaşmasına və ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq. Bununla da Paşinyanın siyasi vəziyyəti gərginləşəcək. Hazırkı vəziyyətdə Paşinyan daxili siyasətdəki opponentlərini zərərsizləşdirməklə məşğuldur. Əks halda İrəvanın danışıqlarda hər hansı güzəştə gedəcəyi mümkün görünmür”.
Siyasi şərhçinin fikrincə, Ermənistan müdafiə nazirinin işğal olunmuş ərazilərə səfərindən sonra ermənilərin təxribatı genişlənə bilər:
“Azərbaycan tərəfi əvvəlki günlərdə olduğu kimi işğalçıya qarşı artilleriyadan istifadə edib, ciddi zərbələr endirməlidir. Azərbaycanın beynəlxalq arenada mövqeləri güclənməkdədir. Qoşulmama Hərəkatının videokonfransında Azərbaycanın nə qədər söz sahibi ölkə olduğu hamıya bəlli oldu. Diplomatik müstəvidə bir çox vacib məsələləri öz lehimizə dəyişə bilmişik. Ona görə də bu durumdan maksimum yararlanmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə