Azərbaycan “TEKNOFEST 2022”də milli pavilyonla təmsil olunur - FOTO
Yusif Nəzərli
14:14 30.08.2022
Cəmiyyət
415
Avqustun 30-da Türkiyənin Samsun şəhərində “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya festivalının rəsmi açılışı olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 300 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.
“TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərində keçirilən festivalda iştirak edir və layihələrini ziyarətçilərə təqdim edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirdə nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Milli pavilyonda AR (Artırılmış Reallıq) sual divarı, TRİFT – VR (Virtual Reallıq) hərbi atış simulyatoru, AR “Dron yarışı” simulyatoru, “Smart Qarabağ” haqqında təqdimat nümayiş olunur. Ziyarətçilərə həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR video səyahət təqdim edilir.
“TEKNOFEST 2022” Aerokosmik və Texnologiya festivalı sentyabrın 4-dək davam edəcək.
Qeyd edək ki, TEKNOFEST Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Səlcuq Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
26-29 may 2022-ci il tarixlərində TEKNOFEST ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300 000-ə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol