Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlər nə qədərdir?
Yusif Nəzərli
15:31 09.01.2025
Cəmiyyət
353
Son zamanlar insanlar arasında ən çox müzakirə edilən xəstəliklərdən biri böyrək çatışmazlığıdır. Bu xəstəlik böyrəyin zamanla mövcud olan funksiyasını itirməsi deməkdir. Simptomlar isə adətən böyrək funksiyasını itirməyə başladıqda inkişaf edir və mərhələli şəkildə baş verir.
Böyrək çatışmazlığının müalicəsi isə əsasən iki yolla aparılır: Dializ və böyrək transplantasiyası.
TƏBİB-in mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4 035 xəstə qeydiyyatdadır.
"Registrdə qeydiyyatda olan 1 604 xəstə Bakı şəhəri, 104 nəfəri Naxçıvan Muxtar Respublikası (MR), 1 500 xəstə isə region qeydiyyatlıdır", - açıqlamada qeyd olunur.
Statistikaya görə, ümumilikdə respublika üzrə 54 hemodializ mərkəzi mövcuddur: “Onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan MR-da fəaliyyət göstərir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparat sayı 723 ədəd təşkil edir. Aparatların planlı şəkildə təzələnməsi həyata keçirilir”.
Eyni zamanda ölkəmizdə xidmətin əlçatanlığının artırılması məqsədilə yeni hemodializ mərkəzləri də təşkil olunur.
“Ötən il ərzində TƏBİB tabeli Goranboy Rayon Mərkəzi Xəstəxanasında da yeni 10 aparatlıq Hemodializ şöbəsi fəaliyyətə başlayıb. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir. 2025-ci ildə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində isə 10 aparatlıq 2-ci Hemodializ şöbəsi fəaliyyətə başlayacaq”.
Məlumatda qeyd olunur ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 100-dən çox həkim nefroloq vəzifəsi mövcuddur. Onların 50%-dən çoxu isə vakantdır.
Məlumat olaraq bildirilib ki, 2024-cü il ərzində dializ xəstələri 32 adda dərman vasitəsi, 3 adda peritoneal dializ məhlulu, dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat materialları ilə təchiz olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya